TOP 10

Sumqayıtda heç-heçə, “Qarabağ” “Qəbələ”yə məğlub oldu

Futbol
Tarix: 2019-04-23 20:22

Bu gün Azərbaycan Kubokunda ilk yarımfinal oyunları keçirilib. Sport24.az xəbər verir ki, final uğrunda mübarizəyə Qəbələdə start verilib. 


Son finalçı "Qəbələ" "Qarabağ"ı qəbul edib. Ağdam təmsilçisi bu mövsüm Premyer Liqada "qırmızı qaralar"la bütün görüşlərdə qalib gəlmişdi. Amma kubok mübarizəsində ilk duel “Qəbələ”nin xeyrinə başa çatıb.


Günün digər oyunu isə Sumqayıtda keçirilib. Bu şəhərin eyniadlı komandası "Zirə"ni qəbul edib. Premyer Liqamızda uğursuz mövsüm keçirən komandalar avrokuboklara vəsiqəni ölkə Kubokundan qazanmağa çalışırlar. Amma tərəflər arasındakı ilk oyunda qapılara qol vurulmayıb.


Qeyd edək ki, komandalar arasında cavab matçı mayın 7-də keçiriləcək.


Azərbaycan Kuboku
Yarımfinalın ilk oyunları

23 aprel


“Qəbələ” – “Qarabağ” 1:0
Qol: C.Adeniyi, 71.
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu.
Qəbələ. Şəhər stadionu.


Qəbələ: 1. Anar Nəzirov, 34. Ürfan Abbasov (k), 4. Elvin Camalov, 10. Rauf Əliyev, 3. Voislav Stankoviç, 17. Ceyms Adeniyi, 88. Sabien Lilay, 28. Stiven Monroz, 9. Davit Volkov, 27. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 35. Murad Popov, 5. Rasim Ramaldanov, 18. İlqar Qurbanov, 14. Cavid Hüseynov, 21. Atakora Lalavele, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov, 33. Vüsal Məsimov, 6. Rüstəm Nuruyev, 77. Samir Qurbanov.
Baş məşqçi: Zaur Həşimov.
Qarabağ: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 55. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k), 9. Araz Abdullayev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 77. Donald Gerye, 19. Filip Ozobiç, 99. Reynaldo Silva, 11. Mahir Mədətov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 94. Nicat Mehbalıyev, 30. Abbas Hüseynov, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 17. Abdullah Zubir, 8. Markos Madera, 10. Dani Kintana, 7. İnnosent Emeqara, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov.
Baş məşqçi: Qurban Qurbanov.


“Sumqayıt” – “Zirə” 0:0
Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən Rəcəbov.
Sumqayıt. “Kapital Bank Arena” stadionu.


Sumqayıt: 1. Mehdi Cənnətov, 4. Şəhriyar Əliyev, 99. Əli Babayev, 60. Elvin Məmmədov, 10. Aleksey İsayev, 22. Əfran İsmayılov (k), 5. Adil Nağıyev, 34. Elvin Bədəlov, 8. Peyman Babayi, 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov.
Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 13. Aydın Bayramov, 2. Rail Məlikov, 17. Nicat Qurbanov, 7. Cavid Tağıyev, 15. Əmir Ağayev, 70. Ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov, 77. Murad Xaçayev, 49. İbrahim Əliyev.
Baş məşqçi: Ayxan Abbasov.
Zirə: 85. Kamal Bayramov (k), 2. İlkin Qırtımov, 88. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə, 27. Adrian Skarlatake, 11. Dilan Duventru, 23. Mfo Kqasvane, 20. Fofana İsmael, 18. Xulio Sezar Rodriqez, 48. Şafik Tiqrudja, 38. İlkin Muradov.
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 39. Sadiq Quliyev, 8. Kamal Mirzəyev, 6. Vüqar Mustafayev, 7. Pərdis Fərcad-Azad, 77. Mirsahib Abbasov, 26. Miloş Radivoyeviç, 10. Sadio Tounkara, 17. Robin Nqalande, 3. Budaq Nəsirov, 99. Rafael Məhərrəmli.
Baş məşqçi: Samir Abasov.

25 May 2019
24 May 2019
B.eÇ.aÇC.aCŞB