TOP 10

Azərbaycan boksçularından Tiflisdə 2 medal

Boks
Tarix: 2019-04-22 13:56

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb. Sport24.az xəbər verir ki, David Kvaçadzenin şərəfinə təşkil olunan yarışda Azərbaycan millisi 1 gümüş və 1 bürünc medal qazanıb.

 

Böyük məşqçi Nəriman Abdullayev və məşqçi Oqtay İbrahimovun rəhbərliyi altında turnirdə iştirak edən yığmamızın heyətində Nurlan Səfərov (60 kq) ikinci yeri tutub. Digər boksçumuz Rüfət Hüseynov (52 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

 

Qeyd edək ki, millimiz yarışa 5 boksçu ilə qatılmışdı.

25 May 2019
24 May 2019
B.eÇ.aÇC.aCŞB