TOP 10

Əsədov Qəbələ səfərinin detallarını açıqladı, Təmkinin problemlərindən söz açdı: "Yurçeviçin əlinin altında 40-a yaxın futbolçu var ki..."

Futbol
Tarix: 2019-04-21 11:00

Prenyer Liqamızın son turunda Qəbələdə keçirilən matçı izləyənlər sırasında milli komandamızın məşqçisi Arif Əsədovu da gördük. "Qəbələ" - "Zirə" görüşündən sonra söhbətləşdiyimiz təcrübəli mütəxəssis Sport24.az-a müsahibəsində səfərinin məqsədindən danışdı və digər məqamlara toxundu. 

 

- Oyun sizdə hansı təəssürat oyatdı?

- Oyun maraqlı getdi. Hər iki komanda yaxşı futbol nümayiş etdirdi. Düzdür, görüşün əvvəlində temp bir az aşağı idi. Ancaq ilk hissənin ortalarından temp yaxşılaşdı. Fasiləyədək "Qəbələ" daha yaxşı oynayırdı. Ancaq ikinci hissədə "Zirə" tempi artırdı, qol da vuraraq hesab arasındakı fərqi minimuma endirdi. Oyun elə idi ki, hansı nəticənin qeydə alınacağı sonadək tam bəlli deyildi. 

 

- Maraqlıdı ki, baş məşqçimiz Nikola Yurçeviç bu iki komandadan miliiyə futbolçu dəvət etməyib. Əslində, "Zirə"dən adətən milliyə oyunçu çağırılmır. Yurçeviç ilk siyahısında isə "Qəbələ"dəkilərə ehtiyac duymadı ki, bu, böyük müzakirələ səbəb oldu. İndi bu komandadan elə futbolçu və ya futbolçular var ki, diqqətinizi çəkib?

- Əlbəttə, belə futbolçular var. Keşən dəfə "Qəbələ"dən millidə heç kimin olmamağı o demək deyildi ki, ordakı futbolçuların üstündən xətt çəkilib. Yox, namizədlər arasında var. Baş məşqçinin də məni bura göndərməkdə məqsədi "Qəbələ"dəki bəzi futbolçularını yaxından izləməkdi.

 

- Konkret kimlərdi?

- Adlarını çəkməyəcəyik. Qəbələdəki kubok matçına (aprelin 24-də "Qəbələ" - "Qarabağ" yarımfinalı) baş məşqçinin özünün də gəlməyi plandadı. Düşünürəm ki, təkcə "Qəbələ"dən yox, hər iki komandadan futbolçuların milliyə düşmək şansı var. Növbəti təlim-məşq toplanışında yəqin ki, Qəbələdə izlədiyim futbolçulardan da hansısa olacaq. 

 

- Ad çəkməyinizlə bağlı təkid etsək...

- (gülür) Ad çəkmək istəmirəm. Diqqət çəkən futbolçular var. Bu, həm millidə köhnədən oynayan futbolçulardı, həm də yeni simalar, gənc oyunçulardı.

 

- Millinin ilk rəsmi oyunundan bir ay keçib. Milli futbolçularla bağlı ümumi mənzərə necədi? Məsələn, əsas heyət üzvlərindən olan Qara Qarayev son dövrədə "Qarabağ"ın əsas heyətindən kənarda qalması narahatçılığa əsas verir...

- Yurçeviç yalnız bir turda burda olmadığından izləməyib. Ondan qabaq özü stadionların çempionat matçlarına baxıb. Hər turlarda ayrı-ayrı oyunlara gedib baxırıq. Mənzərə belədi ki, deyək, nəsə fövqəladə yeni bir şey görünür, yox. Əsas problem ondadır ki, milliyə cəlb etdiyimiz futbolçular öz klublarında əsas heyətdə az oynayırlar. Elə "Qarabağ"dan dediyiniz kimi Qara son vaxtlar əsas heyətdə yer almır, Araz az oynayır. Amma yeni gözəçarpan futbolçular da var ki, onlar diqqət mərkəzindədi. 

 

- Yəni, qarşıdakı rəsmi oyunlarda millidə yeni sima görə bilərikmi?

- Əlbəttə, qərarı baş məşqçi verəcək. Hər zaman Yurçeviçin əlinin altında 40-a yaxın futbolçu var ki, onlar daim milliyə dəvət ala bilər.  

 

- "Səbail"in hücumçusu Ağabala Ramazanov qış fasiləsindən sonra yaxşı oynayır, son 3 turda qollarını sıralayır. Bu, milliyə dəvət olunmaq üçün yetərli göstəricidirmi?

- Elə kriteriyalar var ki, baş məşqçinin özünün istədiyidi və buna əsasən heyəti müəyyənləşdirir. Futbolçunun tək vurduğu qola yox, başqa amillər də nəzərə alnır. Bilirsiniz, beynəlxalq arenada başqa kriteriyalar var ki, bu nöqteyi-nəzərdən yanaşırıq. Yerli çempionatı düşünmürük, mütləq beynəlxalq oyunda o çətinliklə, templə, mübarizəylə üzləşə bilərik, baş məşqçi daha çox buna uyğun futbolçuları diqqətdə saxlayır.

 

- Yurçeviç Bakıya qayıdandan sonra nəyi müzakirə etdiniz?

- Bu həftənin 4-cü günündə görüşümüz oldu. Bir daha planlar haqda söhbət oldu. Qarşıdakı təlim-məşq toplanışının tarixlərini müzakirə etdik. Gördüyümüz futbolçular haqda baş məşqçiyə məlumat verdik. Yurçeviç də "Sabah" - "Neftçi" matçını izləməyə gedəndə bilirdi ki, konkret nəyə diqqət yetirmək lazımdı. 

 

-  Yeri gəlmişkən, "Sabah" bu tur öncəsi millimizin də əsas heyət oyunçusu sayılan Təmkin Xəlilzadəni cari mövsümün sonunadək sıralarından uzaqlaşdırdığını rəsmən açıqladı. Xəlilzadə milli komandanın da üzvü olduğu üçün verilmiş qərar barədə işgüzar qaydada AFFA da məlumatlandırılıb. Təmkinin məsələsini Yurçeviçlə müzakirə etmisiniz?

- Yurçeviçlə Qəbələyə gəlməmişdən 1 gün əvvəl günorta görüşdük. Bu hadisəylə bağlı informasiya isə həmin gün axşam çıxdı. Mən də saytlardan bu haqda məlumat aldım. Təmkinlə bağlı hansı qərar veriləcək, bunu deyə bilmərəm. Çünki bu, baş məşqçinin səlahiyyətindədi. Əlbəttə, Təmkinlə bağlı vəziyyət heç də yaxşı hal deyil. Çünki milli futbolçuları nümunə olmalıdı. 

 

- Xəlilzadəylə ilk toplanışda birgə çalışdınız. Ondan düşərgədə bir kapriz görmüşdünüz?

- Yox. Sözün düzü, millidə belə bir şey hiss etməmişdim. Sadəcə, Təmkinlə fərdi söhbətdə də son vaxtlar az oynadığı, vərəqə almasıyla bağlı problemləriylə söhbətləşmişdim. Görünür, onda psixoloji problem vardı ki, onunla bu haqda söhbət olmuşdu. Amma hansısa intizam qaydalarını pozmaq, milidə belə bir şey olmamışdı. 

 

- Millinin Avropaya təlim-məşq toplanışına gedəcəyi gözlənilsə də, Bakıda qalası oldunuz...

- Bəli, təlim-məşq toplanışımız Bakıda olacaq. Detallarıyla bağlı rəsmi açıqlama veriləcək. 

 

- Məlumdu ki, iyunun 1-də yoldaşlıq görüşü keçirəcəksiniz. Rəqibin müəyyənləşdirilməsiylə bağlı son vəziyyət necədi?

- İstəyirik ki, bir yığmayla qüvvəmizi sınayaq. Bunun alıması üzərində iş gedir. Oyun olacaq, ancaq kiminlə olacağına baş məşqçi qərar verəcək. 

 

- Legioner həyatı yaşayan milli futbolçularıyla bağlı vəziyyəti necə dəyərləndirərdiniz?

- Onları da hər zaman diqqətdə saxlayırıq. Sevindirici haldı ki, Eddi İsrafilovla Ramil Şeydayev mütəmadi klublarında oynayırlar. Eyi sözlər artıq Rüfət Dadaşova da aiddi. O, uzun müddətdən sonra qol da vuraraq komandasına qələbə qazandırıb. Dmitri Nazarov, Emil Balayev, Pavel Paşayev də diqqət mərkəzimizdədi. Onların statistik göstəriciləri əlimizin altındadı. Bundan başqa, baş məşqçi federasiyakı bizim işçilər vasitəsilə xaricdə oynayan milli futbolçularıyla mütəmadi əlaqədədi. Sevindirici haldıı ki, Paşayev zədəsini sağaladaraq artıq oynayır. Yurçeviçlə görüşəndə legionerlərimizlə bağlı da söhbətlər gedir, ümumi fikir bildirilir.

 

 

 

MEHMAN SÜLEYMANOV, Bakı-Qəbələ-Bakı

 

 

25 May 2019
24 May 2019
B.eÇ.aÇC.aCŞB