TOP 10

Qurbanov Bezotosnıyla bağlı cavab gözləyir: "Monroza pul cəzası vermişik, oynatmamağımız hərəkətinə görə deyildi"

Futbol
Tarix: 2019-04-19 18:26

"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın XXV turunda "Zirə"ni evdə 2:1 hesabıyla məğlub etdikləri görüşdən sonra mətbuat konfransı keçirib. Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, 39 yaşlı mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.

 

- Rəqib yaxşı komanda olduğundan çətin olacağını bilirdik. Çünki "Zirə"nin özünəməxsus oyun üslubu var. Futbolçularımız həm müdafiədə, həm də hücumda tapşırıqları yerinə yetirdillər. Ona görə onları təbrik etmək istəyirəm ki, zədəlilərimiz meydana çıxdılar, xarakter göstərdilər və vacib qələbə qazandıq.

 

- Stiven Monroz ötən turdakı hərəkətinə görə cəzalı olduğundan ehtiyatda qaldl?

- Yox. Zədəli olduğundan risk etmədik oynatmağa. Əlbəttə, hərəkətinə görə ona pul cəzası vermişik.

 

- Zədələnən Dmitri Bezotosnı qarşıdakı vacib oyunlarda sizə kömək edə biləcəkmi?

- Bezotosnı bizim üçün çox vacib futbolçudu. Futbolda zədə qaçılmazdı. Ona ilkin tibbi müdaxilə edildi. Yaxın günlərdə MRT müayinəsi vəziyyətini göstərəcək. 

 

- Elvin Camalov cəzalı duruma düşdü və qarşıdakı turda "Səbail"lə bürünc medal uğrunda vacib oyunu buraxacaq. Onu yerisiz sarı vərəqəyə görə qınayırsınız?

- Bizə hər bir oyun həddən artıq vacibdi. Çünki çempionatda bürünc medal uğrunda mübarizə aparırıq. Ancaq futbolçulara deyə bilmərik ki, hər oyun çıxın, asta, ehtiyatalı oynayın. Sadəcə, qaydalar çərçivəsində, emosiyalarını düzgün paylaşdıraraq oynamağı tapşırmışıq. Elvin bu gün böyük həcmdə iş gördü. Aldığı sarı vərəqəyə görə qınanılası bir şey yoxdu. 

 

 

 

MEHMAN SÜLEYMANOV, Qəbələ

18 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB