TOP 10

"Qarabağ" göndərdi, yeni klubunda qovuldu

Futbol
Tarix: 2019-04-19 10:37

"Qarabağ"la yollarını ayıran İslandiya millisinin qapıçısı Hannes Halldorssonun yeni klubunda debütü uğursuz alınıb. Sport24.az xəbər verir ki, təcrübəli qolkiper "Valyur"un heyətində İslandiya Super Kuboku uğrunda "Stjarnan"la matçda 45-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 

 

Azlıqda qalan son çempion mübarizəni oyunsonrası penaltilər seriyasınadək apara bilib. Burda isə məğlubiyyətdən qaçmaq mümkün olmayıb. Ölkə Super Kubokunu 9 dəfə qazanan "Valyur" son dəfə bunu 2016-cı ildə gerçəkləşdirib.

 

Qeyd edək ki, "Qarabağ"da əsas heyətə düşə bilməyən Halldorssonla müqavilə bu ay qarşılıqla razılqla pozulub. 

25 May 2019
24 May 2019
B.eÇ.aÇC.aCŞB