TOP 10

“Qəbələ” və “Neftçi”dən qələbə

Futbol
Tarix: 2019-04-19 20:22

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulub. Sport24.az xəbər verir ki, son oyun günündə də iki görüş baş tutub.


Öncə “Qəbələ” “Zirə”ni qəbul edib. Hər iki komanda qələbə qazanmaqla turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmağı hədəfləmişdi. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.


Turun qapanış matçında isə çempionluq uğrunda mübarizə aparan “Neftçi” debütant “Sabah”la üz-üzə gəlib. “Ağ-qaralar” bu oyunda da xal itkisi ilə üzləşsə, qızıl medallardan böyük ölçüdə əlini üzməli olacaqdı. Amma qonaqlar bu görüşdən inamlı qələbəylə ayrılıblar.


Azərbaycan Premyer Liqası
25-ci tur

19 aprel


“Qəbələ” – “Zirə” 2:1 

Qol: D.Volkov, 21. C.Adeniyi, 56 - S.Tounkara, 71.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəşad Əhmədov.
Qəbələ şəhər stadionu, 16:00.


Qəbələ: 22. Dmitri Bezotosnı, 34. Ürfan Abbasov, 14. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 10. Rauf Əliyev, 3. Voislav Stankoviç, 17. Ceyms Adeniyi, 88. Sabien Lilay, 9. Davit Volkov, 27. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 18. İlqar Qurbanov, 11. Asif Məmmədov, 21. Atakora Lalavele, 28. Stiven Monroz, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov, 33. Vüsal Məsimov, 77. Samir Qurbanov.
Baş məşqçi: Zaur Həşimov.
Zirə: 85. Kamal Bayramov (k), 8. Kamal Mirzəyev, 6. Vüqar Mustafayev, 88. Tellur Mütəllimov, 7. Pərdis Fərcad-Azad, 77. Mirsahib Abbasov, 14. Bəxtiyar Həsənalızadə, 26. Miloş Radivoyeviç, 9. Aleksandr Dedov, 10. Sadio Tounkara, 3. Budaq Nəsirov.
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 13. Murad Musayev, 27. Adrian Skarlatake, 11. Dilan Duventru, 23. Mfo Kqasvane, 17. Robin Nqalande, 20. Fofana İsmael, 18. Xulio Sezar Rodriqez, 48. Şafik Tiqrudja, 38. İlkin Muradov, 16. İbrahim Aslanlı, 99. Rafael Məhərrəmli.
Baş məşqçi: Samir Abasov.


“Sabah” – “Neftçi” 0:2
Qol: N.Ələsgərov, 59; 62.
Qırmızı vərəqə: N.Məmmədov, 55 (ikinci sarı).
Hakimlər: Rövşən Rəcəbov, Mübariz Haşımov, Yaşar Abbasov, Səbuhi Bayramov
Masazır. “Əlincə Arena”, 18:30.

 

Sabah: 30. Saşa Stamenkoviç, 21. Novruz Məmmədov, 5. Kərim Diniyev, 91. Coşqun Diniyev, 7. Rəşad Eyubov, 10. Cavid İmamverdiyev (k), 13. Filip İvanoviç, 25. Vanderson Silva, 15. Erik Ramos, 9. Marko Deviç, 33. Eltun Turabov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 8. Elşən Abdullayev, 4. Tərzin Cahangirov, 27. Bəxtiyar Soltanov, 88. Elçin Əsədov, 77. Şakir Seyidov, 42. Reza Biqdelo. 
Baş məşqçi: Elşad Əhmədov.
Neftçi: 1. Səlahət Ağayev, 18. Tural Axundov, 8. Emin Mahmudov (k), 7. Namiq Ələsgərov, 22. Mirabdulla Abbasov, 25. Kiril Petrov, 6. Qoran Paratski, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 11. Vangelis Platellas, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 15. Ruslan Abışov, 21. Məhəmməd Mirzəbəyov, 17. Rəhman Hacıyev, 93. Soni Mustivar, 36. Mamadu Kane, 4. Petru Raku, 5. Anton Krivotsyuk, 33. Turan Vəlizadə, 70. Əli Şirinov.
Baş məşqçi: Roberto Bordin.

25 Avqust 2019
24 Avqust 2019
B.eÇ.aÇC.aCŞB