TOP 10

“Qarabağ”dan darmadağın, “Səbail”dən əzmkar qələbə

Futbol
Tarix: 2019-04-18 20:56

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.


Turun açılış matçında “Sumqayıt”la “Səbail” üz-üzə gəlib. Autsayderlər qrupunda qərarlaşmış meydan sahibləri uğursuz gedişata son qoymağı, paytaxt təmsilçisi isə üst pillələrdəki mövqeyini möhkəmləndirməyi hədəfləmişdi. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Qapıçının irəli çıxdığını görən Peyman Babayi uzaqdan vurduğu qolla qonaqları məyus edib. Amma fasilədən dərhal sonra bakılılar hesaba tarazlıq gətiriblər. Ötən tur "Neftçi"yə qol vuran Ağabala Ramazanov bu dəfə də "Sumqayıt"ı məyus edib. Matçın sonlarında isə Oke Akpoveta qonaqları hesabda önə çıxarıb. Beləcə, üçünü pillədə qərarlaşmış "Səbail" əzmkar qələbə sayəsində mövqeyini daha da möhkəmləndirib.

Günün son matçında isə lider “Qarabağ” “Keşlə” ilə münasibətlərinə aydınlıq gətirib. Ağdam klubu zirvədəki mövqeyini qorumaq üçün qələbə qazanmağa borclu idi. Belə də olub. Meydan sahibləri bu görüşdə darmadağına seviniblər.


Azərbaycan Premyer Liqası
25-ci tur

18 aprel


“Sumqayıt” – “Səbail” 1:2 
Qollar: P.Babayi, 13 - A.Ramazanov, 52.O.Akpoveta, 74.
Qırmızı vərəqə: T.Kitanovski, 53 (2-ci sarı)
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Pərvin Talıbov, Kamal Umudlu.
“Sumqayıt Arena”, 16:45.

 

Sumqayıt”: 1. Mehdi Cənnətov, 4. Şəhriyar Əliyev, 21. Arif Daşdəmirov, 3. Vurğun Hüseynov (k), 10. Aleksey İsayev, 7. Cavid Tağıyev, 5. Adil Nağıyev, 8. Peyman Babayi, 97. Xəyal Nəcəfov, 77. Murad Xaçayev, 18. Süleyman Əhmədov.
Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 13. Aydın Bayramov, 2. Rail Məlikov, 60. Elvin Məmmədov, 22. Əfran İsmayılov, 17. Nicat Qurbanov, 34. Elvin Bədəlov, 15. Əmir Ağayev, 9. Ehtiram Şahverdiyev, 70. Ülvi İsgəndərov, 74. Yusif Nəbiyev, 49. İbrahim Əliyev.
Baş məşqçi: Ayxan Abbasov.
“Səbail”: 25. Elxan Əhmədov, 13. Şəhriyar Rəhimov, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 33. Tome Kitanovski, 27. Emil Martinov, 28. Kevin Kubemba, 21. Oke Akpoveta, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 50. Fərhad Vəliyev, 20. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 88. Orxan Qurbanlı, 11. Ruslan Qurbanov, 4. Enrike Perilyo, 8. Yevgeni Koçuk, 9. İmanol İriberri, 6. Maykl Essyen, 17. Elçin Rəhimli, 18. Aqşin Qurbanlı.
Baş Məşqçi: Aftandil Hacıyev.


“Qarabağ” – “Keşlə” 3:0
Qollar: S.Slavçev, 18. R.Almeyda, 59-pen. A.Zubir, 75.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.


“Qarabağ”: 13. Vaqner da Silva, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 20. Riçard Almeyda, 17. Abdullah Zubir, 6. Simeon Slavçev, 8. Markos Madera, 10. Dani Kintana, 11. Mahir Mədətov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 94. Nicat Mehbalıyev, 4. Rahil Məmmədov, 9. Araz Abdullayev, 2. Qara Qarayev, 7. İnnosent Emeqara, 99. Reynaldo Silva, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 71. Toral Bayramov.
Baş məşqçi: Qurban Qurbanov.
“Keşlə”: 16. Şahin Zəkiyev, 19. Azər Salahlı, 4. Slavik Alxasov (k), 8. Seymur Əsədov, 93. Edvinas Girdvainis, 3. Denis Silva, 22. Nikola Mitroviç, 14. Andre Klennon, 25. Con Kamara, 65. Cabir Əmirli, 11. Vüsal İsgəndərli.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 18. Ruslan Əmircanov, 33. Tərlan Quliyev, 10. Ruslan Nəsirli, 24. Fuad Bayramov, 9. Amil Yunanov, 32. Valeri Kutsenko, 21. Angelo Pena, 2. Sərtan Taşqın, 66. Murad Qayalı.
Baş məşqçi: Tərlan Əhmədov.

25 May 2019
24 May 2019
B.eÇ.aÇC.aCŞB