TOP 10

“Barselona” MY-ni, “Ayaks” “Yuventus”u ÇL-dən uzaqlaşdırdı

Dünya Futbolu
Tarix: 2019-04-17 01:00

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. 


“Barselona” öz meydanında “Mançester Yunayted”i qəbul edib. İlk oyunda səfərdə minimal hesablı qələbə qazanan Kataloniya təmsilçisinə növbəti mərhələyə yüksəlmək üçün heç-heçə də sərf edirdi. Amma İspaniya nəhəngi bu dəfə daha böyük hesabla qələbə qazanaraq, yarımfinala yüksəlib.


Günün digər qarşılaşması isə İtaliyada baş tutub. “Yuventus” doğma azarkeşləri önündə “Ayaks”ı qəbul edib. İlk oyunda heç-heçəyə razılaşan komandaların cavab matçında da hesabı turinlilər açıblar. Amma hollandların buna cavabı gecikməyib. Bu azmış kimi, ikinci hissədə “Ayaks” daha bir qol vurmaqla İtaliya çempionuna əsl şok yaşadıb. Qarşılaşmada başqa qol olmayınca, Hollandiya təmsilçisi, Madrid “Real”ının ardından bu turnirin daha bir favoritini mübarizədən uzaqlaşdırmaqla növbəti sensasiyasını gerçəkləşdirib.


UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları

16 aprel 


Barselona (İspaniya) – Mançester Yunayed (İngiltərə) 3:0 (İlk oyun 1:0)
Qol: Messi, 16; 20. Koutinyo, 61.
Barselona, “Kamp Nou” stadionu.


Yuventus (İtaliya) – Ayaks (Hollandiya) 1:2 (İlk oyun 1:1)
Qol: Ronaldo, 28 – V.D.Bek, 34. De Liqt, 67.
Turin, “Juventus Stadium”

19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB