TOP 10

Rizvanov üçün 76 dəqiqə və 3 xal

Dünya Futbolu
Tarix: 2019-04-16 11:30

Çexiyanın futbol üzrə gənclər liqasında əsas mərhələnin 3-cü turunun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Arziman Rizvanovun formasını geyindiyi “Bohemians” da növbəti matçına çıxıb.


Sözügedən kollektiv doğma meydanda “Slovaçko” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:2.


Rizvanov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 76-cı dəqiqədə əvəzlənib.


“Bohemians”ın U-21 komandası hazırda 6 xalla 10 komanda arasında 3-cü pillədə qərarlaşıb.

19 May 2019
B.eÇ.aÇC.aCŞB