TOP 10

Turun "Ən"ləri-24: "Neftçilər"i yenə "dənizçilər" "batırdı"

Futbol
Tarix: 2019-04-16 10:00

Azərbaycan Premyer Liqasında (TPL) cari mövsümün XXIV turu arxada qaldı. Sport24.az hələ ötən çempionatın ilk turundan başladığı “Turun “ƏNLƏR”i rubrikasıyla görüşünüzə gəlməkdə davam edir. 

 

"Simvolik yığma"

 

Qapıçı: Vaqner da Silva ("Qarabağ, 3)

 

Müdafiəçilər: Şəhriyar Rəhimov ("Səbail", 5) - Rəşad Sadıqov ("Qarabağ", 2) - Mamadu Mbodj ("Neftçi", 4) - İlkin Qırtımov ("Zirə")

 

Yarımmüdafiəçilər: Ağabala Ramazanov ("Səbail", 5) - Ədilxan Qarəhmədov ("Səbail") - Filip Ozobiç ("Qarabağ", 3) - Davit Volkov ("Qəbələ", 2)

 

Hücumçular: Ceyms Adeniyi ("Qəbələ", 6) - Mirabdulla Abbasov ("Neftçi", 5)

 

 

Turun BAŞ MƏŞQÇİsi - Aftandil Hacıyev ("Səbail", 3)

"Səbail"in lider "Nefçi"dən xal almasında baş məşqçisi Aftandil Hacıyevin böyük rolu oldu. Gənc mütəxəssis görüşün sonuna yaxın 3 dəqiqədə etdiyi 2 əvəzləməylə oyuna uğurlu müdaxilə etdi. Nəticədə həmin vaxt hesabda 0:1 geridə olan meydan sahibləri 4 dəqiqəyə 2 qol vuraraq 85-ci dəqiqədə hesabda artıq 2:1 irəli idilər. Hacıyevin belə çətin məqamda güvəndiyi 18 yaşlı yarımmüdafiəçi Ədilxan Qarəhmədov uzaq məsafədən gözəl qolla etimadını layiqincə doğrultdu.

 

 

Turun QƏHRƏMANı - Ədilxan Qarəhmədov ("Səbail")

18 yaşın heç tamam olmamış artıq Premyer Liqada adından söz etdirəsən. Bu, "Səbail"in yetirməsi olan Ədilxan Qarəhmədova aiddi. Cari mövsümdə "Səbail-2"nin iştirak ərizəsində yer alan, artıq əsas komandaya da cəlb olunan Ədilxan qış fasiləsindən sonra diqqət mərkəzindədi. Hələ "Sumqayıt"la qolsuz bərabərliklə nəticələnən ev matçında ilk dəqiqələrində ağır zədələnən komanda yoldaşı Vüqar Bəybalayevi uğurla əvəzləyən Ədilxan yarımmüdafiənin mərkəzində soyuqqanlı oyunuyla, ən əsası, Premyer Liqada cari mövsümdə debüt edən ən gənc futbolçu kimi yadda qalmşdı. Bu dəfə o, cari çempionatda qol vuran ən gənc futbolçu kimi adını tarixə yazdırdı. Qarəhmədov meydana çıxandan cəmi 5 dəqiqə sonra bərabərlik qolunun müəllifi oldu. Bu, oyunda həlledici an oldu. Ədilxan meydanda cəmi 20 dəqiqə olsa da, sözünü deməyi bacardı.

 

 

Turun ANTİQƏHRƏMANı - Davud Kərimi ("Keşlə")

Kamran Ağayev zədəli olduğu vaxtda onu qapıda əvəzləyən Davud Kərimi hələ ki uğursuz çıxışı, ən əsas, kobud səhvləriylə yadda qalır. Kamranın zədələndiyi "Neftçi"ylə ev matçında onun yerinə meydana çxaın bu təcrübəli qapıçı xətaya yol verərək penaltiyə səbəbkar oldu və buraxdığı qolla komandasının məğlubiyyətinə səbəbkar oldu. Bu dəfə "Qəbələ"ylə öz meydanlardakı görüşdə rəqibin gürcü sağ cinah yarımmüdafiəçisi David Volkovun o qədər də güclü olmayan zərbəsini dəf etməkdə aciz qalaraq topu qoltuğunun altından buraxdı. Bu anda hesab 0:2 oldu və məhz matçın qırılma nöqtəsi olduğu sonradan bilindi. Belə ki, "Keşlə" hesab arasındakı fərqi minimuma endirsə də, bundan artığına gücü çatmadl.

 

 

Turun KOMANDAsı - "Səbail" (3)

Cari çempionatın ilk 2 dövrəsində "Neftçi"dən nəinki xal ala, ona qol da vura bilməyən "Səbail" qış fasiləsindən sonra tam fərqli çıxışıyla yada qalır. Əvvəlcə "Neftçi"ni səfərdə 2:1 hesabıyla məğlub edən "dənizçilər" bu dəfə 2 xaldan məhrum etdilər. Əslində, Aftandil Hacıyevin komandası bu dəfə də hesada 2:1 irəlidə idi və qələbə üçün bir neçə saniyə çatmadı. "Neftçi" yalnız 90+6-cı dəqiqədə hesabı bərabərləşdirə bildi - 2:2. Ən əsası, "Səbail" bu çempionatda ilk dəfə rəqibinin 2-ci pilləyə düşməsinə, "Qarabağ"ın yeni lider olmasına səbəb oldu. Özü də bu nəticə "Səbail"in doğma stadionu olan "Bayıl Arena"nın yeni adı olan "ASKO Arena" kimi debütündə reallaşdı. 

19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB