TOP 10

“Dauqavpils” məğlub oldu, azərbaycanlı futbolçular...

Dünya Futbolu
Tarix: 2019-04-15 21:56

Futbol üzrə Latviya çempionatında 6-cı turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda lider RFS ilə üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

 

Azərbaycanlı futbolçular da bu matçın iştirakçısı olublar. Onların hər üçü start heyətdə meydana çıxıb. Vüqar sonadək oynadığı halda, Bayramlı 51-ci, Sərkərov isə 82-ci dəqiqədə əvəzlənib.

 

“Dauqavpils” hazırda 4 xalla 9 komanda arasında 7-ci pillədə qərarlaşıb.
 

19 May 2019
B.eÇ.aÇC.aCŞB