TOP 10

"Qarabağ" "Neftçi"ylə bir şəriklikdən çıxdı, digərində oldu

Futbol
Tarix: 2019-04-15 20:00

"Qarabağ" Premyer Liqada ardıcıl 4-cü qələbəsini qazanıb. Sport24.az xəbər verir ki, Qurban Qurbanovun komandası hələ 3-cü dövrənin son turunda başladığı uğurlu seriyasını bu turda da davam etdirib.

 

Belə ki, Ağdam klubu "Səbail" (2:1), "Sumqayıt" (6:0) və "Qəbələ"ni (2:1) səfərdə məğlub edəndən sonra hesabat turunda "Sabah"ı evdə 3:0 hesabıyla yenib. Bununla da "Qarabağ" cari çempionatda qələbə seriyasıyla bağlı rekorda şərik çıxıb. Özü də bunun sahibi çempionluq mübarizəsində "Neftçi" idi. Roberto Bordinin komandası cari çempionatda ilk turdan 1-ci pillədə olsa da, uzağı ardıcıl 4 oyunda meydanı qalib tərk etmişdi. Bu, III turda "Qarabağ"la səfərdə 1:1 hesabıyla nəticələnən matçda reallaşıb. Ondan sonra "Neftçi" ilk dövrənin son 4 turunda qələbələri sıralayıb - "Keşlə"ni evdə 2:0, "Zirə"ni səfərdə 2:1, "Səbail"i evdə 4:0, "Sabah"ı evdə 2:0. 

 

"Qarabağ"ın isə bu çempionatda qələbə seriyasıyla bağlı rekordu 3 matç idi. Bu da ilk dövrənin IV-VI turlarda reallaşıb - evdə "Sumqayıt"ı 1:0 və "Qəbələ"ni 4:1, səfərdə "Sabah"ı 2:0. 

 

Qurban Qurbanovun yetirmələri son qələbəylə ilk dəfə turnir cədvəlində 1-ci pilləyə yüksələrək "Neftçi"ylə şərikli liderlikdən azad olub. Əvəzində qələbə seriyasında rəqibinin rekorduna şərik çıxıb. İndi "Qarabağ" növbəti turda - son pillənin sahibi "Keşlə"ni aprelin 18-də evdə məğlub edərsə, qələb seriyasında mövsümün yeni rekordçusu olacaq.

 

Qeyd edək ki, Ağdam təmsilçisi cari çempionatda məğlubiyyətsiz seriyasını 16 oyuna çatdırmaqla mövsümün rekordçusu olmaqda qalmaqdadı. Son məğlubiyyət IX turda elə "Neftçi"dən alınıb - "Bakcell Arena"da 1:3. Roberto Bordinin komandasının isə məğlubiyyətsiz seriyasıyla bağlı rekordu 9 oyundu: VIII turda "Qəbələ"yə səfərdə 1:3 - XVIII turda evdə "Səbail"ə 1:2. 

19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB