TOP 10

Monrozun “əncir yarpağı”

Futbol
Tarix: 2019-04-15 16:19

Stiven Jozef Monroz. “Qəbələ”nin ən yüksək məvacib alan futbolçusu. Ötən axşam “ASK Arena”da planetimizdə yaşayan insanların 50 faizində olan, lakin bununla öyünməyən kişilərdən fərqli olaraq kamera qarşısına çıxardı.

 

Naturizm və nudizm çox yaxın anlayışlardır. Ancaq hər ikisi lüt bədənin təbliği olsa da, fərqli fəlsəfələrə söykənirlər. Nudistlər çılpaq bədənin rahat olduğunu iddia edirsə, naturistlər bunu idmana bağlayır. Antik zamanlarda idmanla çılpaq məşğul olurdular. Elə  yunan dilindən gimnastika sözünün hərfi mənası da “lüt” deməkdi. 

 

Yeri gəlmişkən, bu hərəkatın banisi fransalı coğrafiyaçı alim Elize Reklyudu. Fransalı! Başqa sözlə, Monrozun həmvətəni. Hə, digər fransız həkimlər Qaston və Andre Dürvil də naturizmin qatı təbliğatçılarından olublar.

 

Ancaq biz fransız deyilik. Heç Fransada da yaşamırıq. Olan-qalan abrımızı da itirməyək. Məgər İntizam Komitəsinin qərarını gözləmək lazımdır ki, Monroz diskvalifikasiya olunsun? Ən azından əvəzedici komandaya göndərilməli deyildimi? Pul cəzası olmalıdı - bu, Monrozun klubuna etdiyi hörmətsizliyin cəzasıdı. Bəs, ekran qarşısında oturan insanların gördüyü “mənzərə”nin ödülü?!

 

Sonda mərhum sənətkarımız, bu gün anım günü olan Telman Adıgözəlovun “Əncir yarpağı” monoloqundan istifadə edək: Monroza losinini çıxaranda əncir yarpağı da olsa verin ki, özünü Fransada zənn etməsin!

 

 

CEYHUN ƏLİYEV
 

21 May 2019
20 May 2019
B.eÇ.aÇC.aCŞB