TOP 10

Moura Premyer Liqanın tarixinə düşdü

Dünya Futbolu
Tarix: 2019-04-15 17:32

“Tottenhem” İngiltərə Premyer Liqasının 34-cü turunda “Haddersfild”i məğlub edib. Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, 4:0 hesabıyla bitən görüşdə Lukas Moura Premyer Liqanın tarixinə düşüb. 


Belə ki, “Haddersfild”in qapısına 3 qol vuran Moura, İngiltərə Premyer Liqasında het-trik etməyi bacaran 4-cü braziliyalı futbolçu olub.


Bundan əvvəl Premyer Liqada het-trik edən braziliyalılar Robinyo, Afonso Alves və Roberto Firmino idi.

24 Iyul 2019
23 Iyul 2019
B.eÇ.aÇC.aCŞB