TOP 10

A Seriyasını tərk edən ilk klub məlum oldu

Dünya Futbolu
Tarix: 2019-04-15 14:43

Futbol üzrə İtaliya A Seriyasını tərk edən ilk klub bəlli olub. Sport24.az xəbər verir ki, 32-ci turda öz meydanında “Napoli”yə 1:3 hesabıyla məğlub olan “Kyevo”nun elitadan gedəcəyi dəqiqləşib. 


Sona 6 tur qalmış 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşmış bu klubun təhlükəli zonanı tərk etməsi artıq mümkünsüzdü.


İlk dəfə 2001/02 mövsümündə A Seriyasına yüksələn “Kyevo”, bu ilə qədər cəmi bir dəfə elitanı tərk edib. Klub növbəti mövsümdə İtaliya B Seriyasında mübarizə aparacaq.

18 Avqust 2019
17 Avqust 2019
B.eÇ.aÇC.aCŞB