TOP 10

Qrizmann bunu bacaran ilk futbolçu oldu

Dünya Futbolu
Tarix: 2019-04-15 16:06

“Atletiko” İspaniya La Liqasının 32-ci turunda “Selta”nı məğlub edib. Sport24.az xarici mətbuata istinadən xəbər verir ki, 2:0 hesabıyla bitən görüş Madrid təmsilçisinin hücumçusu Antuan Qrizmann üçün əlamətdar olub. 


Matçın 74-cü dəqiqəsində fərqlənən Qrizmann, bu mövsüm vurduğu qolların sayını 20-yə çatdırıb.


Qrizmann ardıcıl 5 mövsümdü ki, “Atletiko”nun heyətində 20 və daha çox qol vurur. O, Madrid təmsilçisinin heyətində bunu bacaran ilk futbolçu olub. Fransız hücumçu 2014/15 mövsümündə 24, 2015/16-da 31, 2016/17-də 26, 2017/18-də isə 26 qola imza atıb.

21 May 2019
20 May 2019
B.eÇ.aÇC.aCŞB