TOP 10

“Zirə”də 33-cü qolçu

Futbol
Tarix: 2019-04-15 13:43

“Zirə”nin futbolçusu İlkin Qırtımov komandanın heyətində ilk qolunu vurub. Sport24.az xəbər verir ki, müdafiəçi Azərbaycan Premyer Liqasının 24-cü turunun “Sumqayıt”la ev oyununda (2:0) rəqib qapısına yol tapıb. 


İlkin “qartallar”ın tarixinə Premyer Liqada qol sevinci yaşayan 33-cü futbolçu kimi düşüb. Ona qədər 32 oyunçu bunu bacarmışdı. Bu siyahıda ilk üç yerdə Nelson Bonilla (14), Riçard Qadze (10) və Milan Duriç (8) qərarlaşıb.


Qeyd edək ki, “Zirə”də cari mövsümdə debüt edən Qırtımov qol hesabını Premyer Liqadakı 20-ci oyununda açıb.

19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB