TOP 10

5-ci darmadağınla ilk dəfə zirvəyə

Futbol
Tarix: 2019-04-15 13:22

“Qarabağ” Azərbaycan Premyer Liqasının cari mövsümündə 5-ci böyükhesablı qələbəsini qazanıb. Sport24.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri əvvəlki turlarda “Qəbələ”ni 4:1, “Keşlə”ni 5:1, “Zirə” və “Sumqayıt”ı eyni – 6:0 hesabı ilə məğlubiyyətə uğradıb.


Əyalət klubu bu göstəricidə mövsümün rekordçusudu. 13 belə nəticə 6 komandanın hesabına yazılıb. “Qarabağ”dan başqa, “Neftçi”, “Səbail” və “Keşlə” hərəyə 2, “Sumqayıt”la “Qəbələ” hərəyə 1 böyükhesablı qələbə qazanıb. 5-ci dəfə ağır məğlubiyyət alan “Sabah” antirekordçudu. “Səbail”, “Sumqayıt”, “Keşlə” hərəyə 2, “Zirə” və “Qəbələ” hərəyə 1 dəfə üç və ya daha çox top fərqilə uduzub.


Mövsümdə 5-ci böyükhesablı qələbə “Qarabağ”a ilk dəfə turu lider kimi başa vurmaq imkanı yaradıb. Sonuncu dəfə çempion olduğu ötən mövsümdə 1-ci pillədə qərarlaşan ağdamlılar cari turnirdə zirvədə qərarlaşmamışdı. 2-ci turda ilk pilləyə yüksələn “Neftçi” isə ardıcıl 22 tur qərarlaşdığı mövqeni əldən verib.

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB