TOP 10

İsrafilovdan məhsuldar ötürmə, “Alkorkon”dan qələbə

Dünya Futbolu
Tarix: 2019-04-15 10:41

Futbol üzrə İspaniya Sequndasında 34-cü turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb. 


Sözügedən kollektiv səfərdə “Saraqosa” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan qələbə ilə ayrılıb - 2:0.


İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. 


Komandasının 4-cü dəqiqədə vurduğu ilk qolun məhsuldar ötürməsi də məhz Eddidən gəlib. Millimizin üzvü 36-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.


Hazırda 47 xala malik “Alkorkon” 22 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

21 May 2019
20 May 2019
B.eÇ.aÇC.aCŞB