TOP 10

Orxan Nuriyev AÇ-də beşinci oldu

Güləş
Tarix: 2019-04-15 00:19

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı sona çatıb. Sport24.az xəbər verir ki, altıncı yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə start verib.


Murad Məmmədov yarışa inamlı qələbəylə başlayıb. Həmyerlimiz ilk hissədəcə polşalı güləşçini yolundan kənarlaşdırıb. Ancaq 1/4 finalda Ukrayna təmsilçisinə uduzub.


Kamran Məmmədov ilk görüşdə danimarkalı rəqibini məğlub edib. Lakin 1/4 finalda serb həmkarına minimal fərqlə məğlub olub.


Böyüklər arasında Avropa çempionatında debüt edən Ülvi Qənizadə təsnifat mərhələsində moldovalı idmançıya tam üstünlüklə qalib gəlib. Amma daha sonra xorvat idmançıya uduzub.


Rafiq Hüseynov ilk qarşılaşmada macar güləşçiyə yenilib. 


Mübarizəyə 1/8 finaldan başlayan Orxan Nuriyev ilk görüşü prinsipial xarakter daşıyıb. Avropa çempionatının 3 qat bürünc medalçısı Artur Şahinyanla qarşılaşan gənc güləşçimiz parlaq qələbə qazaraq adını 1/4 finala yazdırıb. Ancaq bu mərhələdə sonuncu xal prinsipinə əsasən bolqar güləşçi sevinən tərəf olub. Rəqib finala yüksəldiyi üçün Nuriyev aprelin 14-də təsəlliverici görüşə çıxıb və macar rəqibinə qalib gəlib. Orxan axşam seansında bürünc meal uğrunda güləşib. Finlandiyalı güləşçiylə gərgin mübarizə şəraitində keçən görüşdən rəqib qalib ayrılıb.


Beləliklə, yunan-Roma güləşi üzrə yığmamızın Avropa çempionatında qazancı 1 gümüş və 2 bürünc medal olub.


60 kq
1/8 final - Murad Məmmədov - David Andrey Ersetiç (POL) 9:0
1/4 final - Murad Məmmədov - Lenur Temirov (UKR) 5:8


67 kq
1/8 final - Kamran Məmmədov - Fredrik Holmquist Byerrehuus (DEN) 5:0
1/4 final - Kamran Məmmədov - Mate Nemes (SRB) 1:2


72 kq
Təsnifat - Ülvi Qənizadə - Anatoli Popov (MDA) 9:0
1/8 final - Ülvi Qənizadə - Dominik Etlinger (CRO) 2:7


82 kq
1/8 final - Rafiq Hüseynov - Peter Naqi (HUN) 2:4


97 kq
1/8 final - Orxan Nuriyev - Artur Şahinyan (ARM) 3:0
1/4 final - Orxan Nuriyev - Kiril Milenov Milev (BUL) 1:1*
Təsəlliverici görüş - Orxan Nuriyev - Adam Varqa (HUN) 2:1
Bürünc medal görüşü - Orxan Nuriyev - Matti Elias Kuosmanen (FİN) 2:3

15 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB