TOP 10

Qurbanov xal itirən tərəfi "Səbail" saydı, onu narahat edən məqama toxundu: "Bu nəticə "Neftçi"yə ikiqat zərbə oldu"

Futbol
Tarix: 2019-04-14 22:59

"Çox maraqlı qarşılaşma alındı. Stadiona gələnlər əsl futbol izlədilər. Hər iki komanda uduzmaq istəmirdi". Sport24.az xəbər verir ki, bunu "Səbail"in futbolçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasının XXIV turunda evdə "Neftçi" ilə 2:2 hesablı bərabərlikdən sonra jurnalistlərə açıqlamasında söyləyib.

 

Onun fikrincə, iki xal itirən tərəf öz komandası olub: "Neftçi" çempion olmaq, biz isə avrokuboka düşmək istəyirik. Gərgin matç alındı. Təəssüf ki, 6-cı uzatma dəqiqəsində qol buraxdıq. Hərçənd, baş hakim oyunun əsas vaxtına 5 dəqiqə əlavə etmişdi. Hakimlik barədə danışmaq istəmirəm. Hamı hər şeyi gördü. "Neftçi" yaxşı komandadır, çempionluq uğrunda mübarizə aparır. Onlara uğur arzulayıram. İndi sıx qrafikləri var. Bu nəticə onlar üçün ikiqat zərbədi. Elə bizim üçün də. Çünki 3 xalın əvəzinə 1 xal götürdük".

 

Qurbanov "Səbail"in məqsədinin 3-cü yerdə qalmaq olduğu söyləyib: "İlk dövrədə "Neftçi"yə böyük hesabla uduzduq. İkincini də uduzduq. Ancaq son 2 görüşdə 4 xal aldıq. Baş məşqçimiz düzgün göstərişlər verdi, sona qədər döyüşməyi tapşırdı. Futbolda hər şey mümkündür. Sona 10 dəqiqə qalmış dönüş etdik, amma yenə də qələbəni əldən verdik. Mövsümün başa çatmasına 4 tur qalıb. 3-cü yerdə qalmaq üçün əlimizdən gələni edəcəyik".

 

Ruslan ukraynalı qapıçısı Aleksandr Rıbkanın qırmızı vərəqə aldığı epizodda nə baş verdiyini görmədiyini diqqətə çatdırıb: "Futbolda emosiyanallıq olur. Son dəqiqələrdə qol buraxmaq istəmirdi. Burda qorxulu bir şey yoxdur. Rıbkanı günahkar saymıram".

 

Millimizin də üzvü olan təcrübəli hücumçu hazırkı durumundan razı deyil: "Mayda "Səbail"lə müqaviləm başa çatır. Zədəli idim, indi forma yığıram. Az oynamağım məni də narahat edir. Millidə yer almaq istəyirəm. Bunun üçün çalışacağam".

 

21 May 2019
20 May 2019
B.eÇ.aÇC.aCŞB