TOP 10

Mirabdulla Abbasov 1 xalı pis nəticə saymadı, azarkeşlərə ümid verdi: "Çempion olmağa gücümüz var"

Futbol
Tarix: 2019-04-14 22:23

"Neftçi"nin futbolçusu Mirabdulla Abbasov Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə "Səbail" ilə 2:2 hesablı heç-heçə etdikləri səfər matçından sonra müsahibə verib. Sport24.az xəbər verir ki, qarşılaşmada hesabı açan hücumçu jurnalistləriun suallarını cavablandırıb. 

 

- Cari mövsümdə "Səbail"lə oyunlarınız yaxşı alınmır. Bunadək evdə uduzdunuz. Bu dəfə nə baş verdi?

- Futbolda belə hallar olur. Hesabı açdıq. Ancaq başa düşmədik ki, sonradan necə oldu qısa müddətdə iki qol buraxdıq. Hərçənd, oyunu xilas etdik, məğlub olmadıq. 

 

- Bu, gözlədiyiniz hesab deyil?

- Bəli, bizə sərfəli nəticə olmadı. Ancaq məğlubiyyətdən heç-heçədən yaxşıdı. Hələ qarşıda 4 tur var.

 

- "Qarabağ" sizi qabaqlayandan sonta çempionluq şansınız necədi?

- Hələ hər şey öz əlimizdədi, şansımızı itirməmişik. Qalan bütün matçlarda qələbə qazansaq, çempion olacağıq. Bu istiqamətdə işləyəcəyik. Həm də öz səhvlərimiz üzərində işləməliyik.

 

- "Neftçi" az qala bütün mövsüm liderlik edib. 2-ci pilləyə düşmək psixoloji cəhətdən mənfi təsir etməyəcək?

- Hamımız peşəkarıq və bütün vəziyyətlərə hazır olmalıyıq. Bu, mənfi təsir etməməlidi. 

 

- Deməli, "Neftçi" "Qarabağ"ə keçəcəyinə hələ ümid edir?

- Buna nail olacağımıza inanıram. Buna gücümüz var. İnanıram ki, azarkeşlərimizi uzunmüddətdi gözlənilən çempionluqla sevindirəcəyik.

 

- Son vaxtlar az oynayırsan. Bu, nəylə bağlıdı?

- Bu, baş məşqçinin qərarıdı və ona hörmətlə yanaşıram. Komandama maksimal faydalı olmağa çalışıram. 

 

23 Iyul 2019
B.eÇ.aÇC.aCŞB