TOP 10

Aftandil Hacıyev “od püskürdü”: “Neftçi”nin belə xala ehtiyacı yox idi”

Futbol
Tarix: 2019-04-14 20:28

Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində doğma “divarlar arası”nda “Neftçi”ylə 2:2 hesablı bərabərliyə imza atan “Səbail”in baş məşqçisi Aftandil Hacıyev mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.
 

- Dramatik oyun alındı. Stadiona gələn hər kəs meydandakı oyundan həzz aldılar. Təəssüflər olsun ki, eyni sözləri deyə bilmirəm. Heç vaxt hakimlikdən danışmamışam. Ancaq məni bu dəfə məcbur edirlər ki, deyim. Bu, ilk belə hal deyil. Hər oyunda “Səbail”ə qarşı haqsızlıq hiss edirik. Verilməyən penaltilərimiz, rəqiblərə verilməyən kartlar işimizi korlayır. Ədilxana görə çox sevinirəm. Bu gün gözəl qolla seçildi. Futbolçularımı təbrik etmək istəyirəm. Bu gün qələbəyə layiq komanda “Səbail” idi. “Neftçi”nin belə xala ehtiyacı yox idi.


- Bu 1 xalda baş məşqçinin payı neçə faizdi, futbolçuların payı neçə?
- Oyuna 5 müdafiəçiylə başladıq. Ancaq bu gün hesaa uyğun olaraq sistemdə dəyişiklik etdik. Məğlub olmamaq üçün hər şey etdik. Düşünürəm ki, futbolçular tapşırıqların öhdəsindən layiqincə gələ bildilər. Buraxdığımız qoldan sonra daha çox hücumameylli futbolçulardan istifadə etməli olduq. Zənnimcə, əvəzetmələr və sistem dəyişikliyi effekt verdi.


- Koçukun yoxluğu nə ilə bağlı idi?
- İki gün öncə qızdırması qalxdı. Artıq 3 gündü məşq etmir. 


- Qeyd etdiniz ki, “Neftçi”yə belə 1 xalı yaraşdırmısınız. Nəyi nəzərdə tutursunuz: qonaqlar hakimi almışdı, yoxsa başqa bir şeyi?
- Hakimlik bərbad idi. Götürək Anton Krivotsyukun əllə oynadığı epizodu. Küçədən kimisə gətirib hakim qoy və de ki, təkbətək çıxarkən əllə oynayıblar. Təbii ki, qırmızı vərəqə göstərəcək. Bir çox epizodlarda hakimlər bizə qarşı ədalətsiz qərarlar verdilər. Bax, bunu nəzərdə tutaraq deyirəm ki, “Neftçi”yə bu cür xal lazım deyildi.


- Final fitindən sonra hamı meydançaya axışmışdı. Səbəb nə idi?
- Həm Antonun həmin epizoduna etiraz edirdik, həm də ki, əlavə olunan 5 dəqiqə bitdikdən sonra final fitinin səslənməməsinə.

21 May 2019
20 May 2019
B.eÇ.aÇC.aCŞB