TOP 10

"Keşlə"nin legioneri: "Növbəti 4 oyunda əlimizdən gələni edəcəyik ki, son pillədən qurtulaq"

Futbol
Tarix: 2019-04-14 18:49

"Keşlə"nin futbolçusu Con Kamara Premyer Liqanın XXIV turunda evdə "Qəbələ"yə 1:2 hesabı ilə məğlub olduqları matçdan sonra brifinq keçirib. Sport24.az xəbər verir ki, syerra-leoneli yarımmüdafiəçi əvvəlcə qarşılaşmanı dəyərləndirib. 

 

- Düşünürəm ki, bu gün yaxşı oynadıq. Xüsusilə ilk hissədə üstün idik. Kifayət qədər şans əldə etdik, amma yararlana bilmədik. 

 

- Oyunda geridönüş etmək üçün sizdə nə çatmadı? 
- İlk qoldan sonra 2-ci qolu vurmaq üçün 20 dəqiqəmiz var idi. Çalışdıq, epizodlar yaratdıq. Amma topu tora daxil edə bilmədik və məğlub olduq.

 

- "Keşlə hazırda sonuncu yerdədir, sona artıq 4 tur qalıb. Sizcə, sonuncu pillədən qurtulmaq üçün nə etməlisiniz?
- Bu futboldu, hər şey mümkündür. Növbəti 4 oyunda əlimizdən gələni edəcəyik ki, son pillədən qurtulaq.

 

- Növbəti turda çempionluq üçün mübarizə aparan "Qarabağ" ilə oynuyacaqsız. Nə gözləyirsiniz?
- Dediyim kimi, futbolda hər şey mümkündür. Qələbə qazanmaq üçün hər şeyi edəcəyik.

 

- "Keşlə" çempionatı sonuncu pillədə bitirsə, növbəti mövsüm komandada qalacaqsınız, yoxsa gələcək təklifləri dəyərləndirəcəksiz?
- Bu barədə heçnə deyə bilmərəm. "Keşlə"ylə müqaviləm var. 

21 May 2019
20 May 2019
B.eÇ.aÇC.aCŞB