TOP 10

Legioneri "Qəbələ"də qol hesabını açdığına görə sevinclidi: "Nəhayət, tilsimi qırdım"

Futbol
Tarix: 2019-04-14 19:00

"Bizim üçün çətin oyun idi. Bilirdik ki, yaxşı əhval-ruhiyyədə olmaq üçün yaxşı da nəticə qazanmalıyıq. Bu üzdəm əlimizdən gələn hər şeyi edib qələbə qazandıq". Sport24.az xəbər verir ki, bunu “Qəbələ”nin futbolçusu Davit Volkov Premyer Liqasının XXIV turunda səfərdə “Keşlə”ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlamasında deyib.

 

Gürcü cinah xavbeki “Qəbələ”də ilk qolunu vurmasına toxunub: “Bunun üçün bir az gözləməli oldum. Sevincliyəm, nəhayət, tilsimi qırdım. Demək olar iki il idi ki, bu cür meydanda oynamırdım. Süni meydançada çıxış eləmək çox ağırdı. Psixololji vəziyyət də bizim üçün yaxşı deyildi”.


Volkov qələbə topunu vurduğu bu oyunda xüsusilə yaxşı çıxış etməsini isə belə şərh edib: “Neçə oyundur qələbə qazana bilmirdik, ardıcıl heç-heçələr edirdik, “Qarabağ”a uduzmuşduq. Buna görə də bu matça xüsusi motivasiya ilə çıxmışdım. Kuboku qazanmaq əsas hədəflərimizdən biridir. Futbolda hər şey olur, üçüncü yeri tutmaq istəyirik”.

 

 

21 May 2019
20 May 2019
B.eÇ.aÇC.aCŞB