TOP 10

"Qəbələ" bundan sonra da hər matçı Tale Heydərov üçün oynayacaq: "Onun etdiklərinin qarşılığında ona heç nə verə bilməmişik"

Futbol
Tarix: 2019-04-14 18:34

"Qəbələ"nin kapitanı Cavid Hüseynov Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə "Keşlə"ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra müsahibə verib. Sport24.az xəbər verir ki, təcrübəli futbolçu əvvəlcə görüş haqda fikirlərini bildirib.

 

- Komandadan razı qaldım. Oyuna çox ciddi hazırlaşmışdıq, istəkli idik. İkinci hissədə daha yaxşı çıxış etdik. Bu oyunu Tale Heydərov üçün oynayırdıq. Komanda sözü bir yerə qoyub qələbə qazanmaq üçün meydana çıxmışdıq. Komandada matçın əvvəlində gərginlik var idi. Amma fasilə zamanı məşqçilər sakitləşməyimizi və təmkinli, rahat oynamağımızı söylədi. İkinci hissədə məşqçilərin dediklərini yerinə yetirdik. İlk qolu vurduq, ardınca ikinci qol gəldi, hesabı daha çox artıra bilərdik. Sonlarda hesab 3:1 və ya 2:2 də ola bilərdi. Qələbə qazandığımız üçün sevincliyik.

 

- Tale Heydərov üçün oynadığınızı dediniz, amma 13 il kluba rəhbərlik etmiş şəxsə kubok hədiyyə edə bilməmisiniz. Lakin hələ də şans var. Azərbaycan Kuboku qazana bilərsiniz?
- Doğru vurğuladınız ki, kubok qazana bilməmişik. Biz klubu sıfırdan yaradan şəxs üçün heç nə edə bilməmişik. Onun etdiklərinin qarşılığında ona heç nə verə bilməmişik. Futbola və digər idman növlərinə hər cür dəstək göstərir, lazım olan hər şeyi edib, amma onun üçün bir şey qazanmamışıq. Bu ,adamı yaralayır. Çalışacağıq ki, Azərbaycan Kubokunu qazanaq. Onun bu şəkildə klubdan ayrılması da bizi çox üzdü.

 

- Prezidentin istefasını gözləyirdinizmi?
- Yox. Heç kim bunu gözləmirdi. Bu barədə heç nə danışılmırdı. Sona 5 tur qalmış belə bir qərar verildi. Mövsümün sonunda deyirlər ki, nəsə olacaq. Amma yatıb yuxudan oyanırsan və görürsən ki, belə bir şey baş verib. 

 

- Bəs bundan sonra necə olacaq? Kluba yeni prezident gələcəkmi? Komanda yoluna davam edəcək? 
- Gərginlik olmalıdı, bu normaldı. Biz gözümüzü açandan Tale Heydərovu preziden kimi görmüşük. O klubu sıfırdan yaradıb. Bizim üçün onun yerinə kimin gələcəyini düşünmək çətindir. Onun yerinə kimin gələcəyini təsəvvür edə bilmirik.

 

- Bu gün tribunalarda 1000-ə yaxın "Qəbələ" azarkeşi var idi. Bu, nə ilə bağlı idi?
- Bu gün hər kəs Tale Heydərov üçün bir yerə yığılmışdı.

 

- Öz oyununla bağlı nə deyə bilərsən? İkinci hissədə əvəzlənməyin nə ilə bağlı idi?
- Oyunun 70-ci dəqiqəsində yorulduğumu hiss edirdim. Baş məşqçi də bu üzdən məni əvəzlədi.

 

- Tale Heydərovun istefasından sonra kubokda necə oynayacaqsınız? Bu ərar komandanın motivasiyasına təsir etməyəcək?
- Onun gedişi komandaya pis təsir etsə də, bundan sonrakı hər matçı Tale Heydərov üçün oynayacağıq.

21 May 2019
20 May 2019
B.eÇ.aÇC.aCŞB