TOP 10

"Qəbələ"nin oyununda gözlənilməz mənzərə - FOTO

Futbol
Tarix: 2019-04-14 15:45

"Qəbələ" Premyer Liqada çıxış etdiyi 13 mövsümdə prezidenti olan Tale Heydərovun istefasından sonra ilk oyuna çıxıb. Sport24.az xəbər verir ki, XXIV turda "Keşlə"yllə səfər matçının keçirildiyi "ASK Arena"da gözlənilməz anşlaq var. 

 

Belə ki, ilk hissədə "Qəbələ"nin hücum etdiyi qapı arxasındak tribuna "qırmızı-qaralar"ı tərəfdarlarla doludu. Burda təkcə "Qəbələ"nin azarkeş qrupu olan "Red Black Army" yox,  ümumiyyətlə, qonaqları dəstəkləyənlərdi. 

 

Maraqlıdı ki, Qəbələdə bu qədər azarkeş illərlə arzulansa da, heç ordakı stadiona bu qədər tərəfdar gəlmir. Belə olan halda, paytaxtdakı matça bu qədər insanın gəlməsi maraq doğurur. Ehtimal olunur ki, bu, Heydərovun istefasından sonra “Qəbələ”yə rəhbərlik etməyə çalışan şəxslərin zəhmətinin nəticəsidi. 

 

Qeyd edək ki, pankartlar arasına” Heydərova mesaj olaraq “Əmanətin əmin əllərdədir, böyük başqan” sözləri yazılmış da var. 

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB