TOP 10

Əhmədov komandasını alqışladı, qapıçısını müdafiə etdi, "Yuventus"dan misal çəkdi: "Onların zəhmətinə heyfim gəlir"

Futbol
Tarix: 2019-04-14 17:25

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın XXIV turunda "Qəbələ"yə evdə 1:2 hesabıyla məğlub olduqları görüşdən sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, 48 yaşlı mütəxəssis öncə oyunu dəyərləndirib.

 

- Deyim ki, bugünkü oyunumuzda ürəkaçan irəliləyiş vardı. Ancaq həmişəki problemimiz qalır - qol vurmamaq. Bu qədər imkanları qaçırmaq, ikinci hissənin 20-ci saniyəsində qol buraxmaq məyus edir. Rəqibi təbrik edirəm. Uduzulası oyun deyildi, ən yaxşı oyunlarımızdan birini keçirdik. Ancaq futbolçularımızda həminki psixologiya ilə bağlı sindrom hələ də qalır. Onların zəhmətinə, bu qədər əziyyət çəkməsinə heyfim gəlir. Bu cür oyunla uduzmaq çox məyusedicidi. 

 

- Qarşıdan "Qarabağ"la ağır səfər oyununuzun gəldiyini nəzərə alsaq, bu məğlubiyyət komandanıza nə dərəcədə təsir göstərəcək?

- Futboluların bir düşüncəsi olmalıdı ki, qalib gəlmək üçün nə etməliyəm. Qorxsa, məğlubiyyət baş verəcək. Onsuz da neçə oyundu uduzuruq, bu, ilk məğlubiyyətimiz deyil. Çalışacağıq ki, komandanı qarşıdakı 3 gündə "Qarabağ"la ağır oyunöncəsi bu vəziyyətdən çıxaraq. Mən də futbolçu olmuşam, elə şeylər var ki, baş məşqçinin, rəhbərliyinin gücü çatmır. Bu, iradədən asılıdı. Sizı bir misal çəkim, "Yuventus" B seriyası göndəriləndə Del Pyero başda olmaqla aparıcı futbolçular komandanı tərk etmədi. Hər şey futbolçuların özlərindən asılıdı.

 

- Uğursuzluq maliyyə problemi ilə bağlı ola bilər?

- Açığı, klubda maliyyə problemi yoxdu. Futbolçular yaxında əmək haqlarını da alıblar. Hər hansı maliyyə probleminin olduğunu demək - bu, yanlış olardı. Futbolçu nəsə bəhanə gətirsə, bu, səhv olardı. 

 

- Kamran Ağayevin vəziyyəti necədi?

- Onun üçün bu mövsüm bitib. Yeni mövsüm öncəsi həkimlərin rəyini gözləyirik. Mənə deyiblər ki, əməliyyat da oluna bilər. Bu, təkrar müayinənin nəticəsindən asılı olacaq.

 

- Qollardan birində Davud Kəriminin səhvi oldu. Bu qapıçı Kamranı nə dərəcədə əvəzləyə bilir?

- Gəlin, bu haqda danışmayaq. Səhv tək Davudun yox, hamımızındı. İki qapıçımız var, digəri 20 yaşlı Şahin Zəkizadədi. Səhvsiz insan yoxdu. Qolda Davuda qədər olan səhvlərimiz oldu. Düşünmürəm ki, bu qolda tək onun payı var. Məğlub olmuşuqsa, mən başda olmaqla hamımızın günahı var. Futbolçularımıza bu oyuna görə alqış düşür. 

 

 

 

MEHMAN SÜLEYMANOV

24 Iyul 2019
23 Iyul 2019
B.eÇ.aÇC.aCŞB