TOP 10

Qurbanov qələbənin əhəmiyyətini şərh etdi, fanatlara təşəkkür etdi: "Bu qədər azarkeşi Qəbələdə də görmək istəyirəm"

Futbol
Tarix: 2019-04-14 17:15

"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Premyer Liqanın XXIV turunda "Keşlə"yə səfərdə 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.

 

- Çətin oyun oldu. Bu haqda bilərək futbolçulara məlumat vermişdik. Sağ olsunlar, məsuliyyəti dərk edərək oynadılar. "Keşlə" aqressiv oyun göstərdi. Bizi sevindirən amillər odur ki, süni qazonda həm nəticə qazandıq, həm də zədəsiz ötüşdük. Təbrik edirəm futbolçularımızı.

 

- Bir neçə oyunda olduğu kimi üstünlüyü əldə saxlamayaraq xal itirə bilərdiniz. Bu, nəylə bağlı idi?

- Bu haqda videolarımız da var, futbolçulara göstəririk. Nədənsə hesabda üstüblük olanda müdafiə olunmaq istəyirlər. Konsentrasiyanı itiririk, bunun acısını çəkirik. Belə tapşırığımız olmayıb ki, hesabda irəli olanda müdafiəyə çəkilin. 

 

- Volkov "Qəbələ"də qol hesabı açdı. Atakora onun kölgəsidnə qalır?

- Çalışırıq ki, komandada rəqabət olsun. Bu zaman futbolçular daha istəkli olur. Volkov maketdəki tapşırıqlarımızın 99 faizini yerinə yetirir. 

 

- Klubda prezident istefası və bu qədər azarkeş çoxluğu. Mənzərəylə bağlı fikirləriniz maraqlıdı..

- Klubda hər şey qaydasındadı. Əsas komandaya cavabdehəm. Azarkeşlərimizə təşəkkür edirəm, əziyyət çəkib bu qədər yol qət edib gəliblər. Onlara da bu qələbə lazım idi ki, evlərinə yüksək əhval-ruhiyyədə qayıtsınlar. Bu qədər azarkeşi Qəbələdə də görmək istəyirəm.

 

- 1000 azarkeş Qəbələdən gəlmişdi?

- Bu haqda məlumatım yoxdu. Ola bilər ki, Bakıda yaşayanlar da olsun. Hamısına təşəkkür edirik. 

 

 

MEHMAN SÜLEYMANOV

 

 

MEHMAN SÜLEYMANOV

24 Iyul 2019
23 Iyul 2019
B.eÇ.aÇC.aCŞB