TOP 10

Fofana "Zirə"nin rahatlaşması üçün əsas görmür: "Sumqayıt" üzərində son qələbəmiz bizə finala çıxmaqla bağlı inam verməyə bilməz"

Futbol
Tarix: 2019-04-14 14:00

"Zirə" Premyer Liqada son dövrəyə ardıcıl məğlubiuyyətlə başladı ki, bu da onu çempionatda avrokuboklar zonasından uzaqlaşdırdı. Budəfəki rəqib isə ölkə Kubokunun yarımfinalında da qarşılaşacağı "Sumqayıt" idi ki, onu evdə 2:0 hesabıyla məğlub etmək mümkün oldu. "Zirə"nin qış transferi olan Fil Dişi Sahilindən olan hücumçu İsmael Foffana matçdan sonra Sport24.az-ın suallarını cavablandırıb.

 

- Qələbənizdə həlledici nə oldu?

- Yaxşı məcrada keçə oyun oldu. Bundan əvvəlki 2 matçda uduzmuşduq, Özünəinamı bərpa etmək üçün bu qarşılaşmanın əhəmiyyəti çox böyük idi. Məqsədimizə nail olduq, 3 xal qazandıq. Düzdür, hava şəraiti təsir göstərdi, bir az isti idi. Belə havada oynamağa hələ öyrəşməmişik. Ancaq bütün çətinlikləri dəf edərək vacib olan 3 xalı qazandıq. Önəmli də bu idi.

 

- Görüşün əvvəlində komandanızın oyunu alınmırdı. Rəqibin qapı dirəklərinə dəyən zərbələri oldu.  Fikiləşirdinmi ki, uduza bilərsiniz? Bir həyəcan var idimi?

- Düzgün vurğuladınız ki, rəqibin real qol şansları oldu. Ancaq düşünmürəm ki, uduza bilərdik. Düzdür, yaxşı yaxşı qol imkanları əldə etdilər. Bəlkə də bundan faydalansaydılar, hər şey daha fərqli olardı. Amma bunu edə bilmədilər, biz də sonradan öz imkanlarımızı boşa vermədik. 2 qol vuraraq demək olar hər şeyi xeyrimizə həll etdik.

 

- Bu qələbəylə sonuncu sıralardan uzaqlaşdınız. Bir rahatlıq varmı çempionatda qalmaqla bağlı?

- Şükürlər olsun ki, son pillələrdə deyilik. Amma bu, heç də bizi rahatlandırmamalıdı. Bizi irəli daha gərgin oyunlar gözləyir. Hələ çempionat başa çatmayıb. Düşünürəm ki, bu qarşılaşmalarda maksimum əlimizdən gələni edib daha yaxşı, ön pillələrdə bitirməyi özümüz üçün qərarlaşdırmışıq.

 

- Kubokda da "Sumqayıt"la qarşılaşacaqsınız. Bu qələbə bir az ümid verdimi ki, finala çıxa biləcəksiniz?

- Bəli, təbii ki, inam verməyə bilməz. Bir şeyi nəzərə almalıyıq ki, kubok və çempionat matçları bir-birindən tamamilə fərqlidi. Kubokda onlara qarşı iki görüş keçirməliyik. Bugünkü gündə burda 3 xalı ev sahibi kimi qazandıqsa, artıq özümüzə inam dafa da yaxşıdı. 

 

 

MEHMAN SÜLEYMANOV

23 Iyul 2019
B.eÇ.aÇC.aCŞB