TOP 10

Kamran Ağayev hələ 2-3 ay gözləyəcək: "Özümüz bu vəziyyətə düşmüşük, özümüz də bundan çıxmağa çalışacağıq"

Futbol
Tarix: 2019-04-14 11:18

"Keşlə" Premyer Liqada qalmaq mübarizəsində çətin vəziyyətdə olduğu bir vaxtda, kapitanı, əsas qapıçısı Kamran Ağayevi də itirdi. Dördüncü dövrənin startında "Neftçi"ylə "ASK Arena"dakı matçın ilk hissəsində ağır zədələnərək əvəzlənən, əlində çat yaranan təcrübəli futbolçunun cari mövsümü vaxtından əvvəl bitirəcəyi dəqiqləşdi. Kamran Sport24.az-a müsahibəsində həm öz vəziyyəti ilə bağl danışdı, həm də komandasının Premyer Liqda qalmaq şansları dəyərləndirdi. 

 

- Əlin necədi?

- 10 gündən artıqdı gipsdədi, növbəti həftə MRT müayinəsindən keçirəcəyik. Ağır zədədi, tez birləşməyi çətindi. 

 

- Məşqlərə nə vaxt başlaya bilərsən?

- Ən azı 2 ay, yəni, bu mövsüm bitəndən sonra. Elə bir yerdi ki, reabilitasiyası çətin, çox gec gedəcək. İyulda - yay təlim-məşq toplanışında iştirak edə biləcəm. 

 

- Oyunlarda səni stadionda görürük. Bəs məşqlərə gedirsənmi, yoxsa elə imkan olmur?

- Hər zaman getmirəm. Bu da havayla bağlıdı. Əlimə soyuq olmaz axı...Gips də elə bir yerdədi ki, onu paltarla soyuqdan qoruya bilmirəm. Dirsəkdən yuxarıyadək gipsdədi. Yalnız qısaqol geyinə bilərəm, ona görə də havaya çox çıxa, məşqlərə baxa bilmirəm. Ancaq komandayla bir yerdəyik. Məsələn, bir neçə gün öncə düşərgədə idim, futbolçularla söhbətləşdim. 

 

- "Keşlə"də qalacaqsan, yoxsa klubunu dəyişmək fikrin var?

- Hələ bilinmir. Görək də, zamanı gələndə fikirləşəcəyik. 

 

- Komandanızın Premyer Liqada vəziyyətini necə görürüsən? I Diviziona yollayan 8-ci pillədən qurtula biləcəksiniz?

- İnşallah, qurtularıq. Hər şey əlimizdə olan şeydi. İndi zədəliyəm, kollektivdən ayrıyam. Ancaq bu, o demək deyil ki, komandayla firkimiz, işimiz yoxdu. Özümüz bu vəziyyətə düşmüşük, özümüz də bu vəziyyətdən çıxmağa çalışacağıq. Allah kömək olsun, idmanda elə bir şey yoxdu ki, onu edə bilməyəsən. "Keşlə" keçən il kuboku alan klubdu. Bir az belə vəziyyətə düşmüşük, komandada inamsızlıq əmələ gəlib. Çalışıb çıxmaq lazımdı. 

 

- Səncə, Davud Kərimi qalan turlarda "çərçivə"də inamlı ola biləcək? Həmkarının yaşı çox olsa da, hər halda, səni qədər təcrübəsi yoxdu...

- Təcrübəsi yoxdu deyəndə ki, David inamsız oynamır ki...İnamlı, yaxşı oynayır. Sadəcə, idman belədi ki, uğursuzluq zolağı var. Bu, hər bir idmançının başına gələn bir şeydi.

 

 

CEYHUN ƏLİYEV

23 Iyul 2019
B.eÇ.aÇC.aCŞB