TOP 10

Rail Məlikov məğlubiyyəti şanssızlıqla əlaqələndirdi: "Zirə"ylə kubok matçlarına nikbin baxırıq"

Futbol
Tarix: 2019-04-14 09:44

"Sumqayıt" Premyer Liqanın XXIV turunun açılış matçında səfərdə "Zirə"yə 0:2 hesabıyla uduzdu. Komandanın təcrübəli futbolçularından olan Rail Məlikov qarşılaşmadan sonra Sport24.az-ın suallarını cavablandırıb.

 

- Məğlubiyyətinizə əsas səbəb nəyi görürsən?

- Belə götürəndə, komandamız yaxşı mübarizə apardı, futbolçular sonadək döyüşdü. Şanssızlığımız, ilk hissədə dirəkdən qayıdan iki topumuz oldu. Bunları reallaşdırsaydıq. oyun tam başqa cür olardı. Rəqib isə şanslı idi, zəhmətlərini yerə vurmaq istəmirəm. Bərabər oyun getdi. Qol imkanlarımız vardı, istifadə etmədik, Qələbə də qazana bilərdik. 

 

- Ola bilər ki, lazımı anda xarakter nümayiş etdirmədiniz? Hücumda oyununuz istənilən səviyyədə idimi?

- Onu baş məşqçi deyə bilər ki, irəlidə üstlünlüyü kim təşkil edə bilər. İnanmıram ki, komandamızda xaraktersizlik olsun. Futbolçular xarakter də göstərdi, əziyyət də çəkdi. Ola bilər ki, kimdəsə eniş olsun. Bu, önəm kəsb etmir. Gələn oyunlara nikbin baxırıq.

 

- Yeni futbolçularınız sizə kömək edə bilmədilər...

- Bu barədə heç nə danışa bilmərəm. çünki bu, səlahiyyətimdə olmayan məsələ, işim deyil.

 

- Bu oyunla ölkə Kubokunun yarımfinalında "Zirə"ni keçmək şansınız var?

- Kubok ayrı, çempionat ayrı. Ona görə də bu iki turnirdə oyunlar fərqli olur. Bu cür oyun deyəndə ki, "Zirə"dən zəif çıxış eləmədik. Belə baxanda, bəzi anlarda imkanlarımız rəqibdən çox idi. Zəif çıxış etmək fikrinizlə razı deyiləm. Nəticəni şanssızlıqla əlaqələndirirəm. Məğlub olmuşuq, ancaq bunu pis oyunlar etmək başqa, yaxşı oyunla başqa. 

 

- Onu da nəzərə ala ki, kubokda yaxşı oyunub uduzsanız da, bu, sizə fayda verməyəcək...

- Əlbəttə. Söhbət də bundan gedir ki, futbolda belə bir deyim var, pis oyna, 3 xalını qazan. Kuboka nikbin baxırıq. Bu, çempionatdan ayrı motivasiyalı olur. Kim layiqdirsə, o da qalib gəlsin.

 

- "Keşlə" qalib gəlsə, hətta heç-heçə etsə, yenidən son pilləyə düşəcəksiniz. Rəqibinizin "Qəbələ"ylə ev matçından nə gözləyirsiniz?

- Hələ inanmıram ki, belə olsun. "Sumqayıt" son pilləyə layiqli komanda deyil. Çempionatda qarşıda oyunlarımız var və bunlardan maksimum xal toplayıb irəli getməliyik. 

 

 

 

MEHMAN SÜLEYMANOV

21 May 2019
20 May 2019
B.eÇ.aÇC.aCŞB