TOP 10

Ufuk Budak üçün 90 dəqiqə və 1 xal

Dünya Futbolu
Tarix: 2019-04-14 11:32

Futbol üzrə Türkiyə 1-ci liqasında 29-cu turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.


Sözügedən kollektiv səfərdə “Dənizlispor”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 0:0.


Ufuk da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.


“Boluspor” hazırda 43 xalla 18 iştirakçı arasında 9-cu pillədədi.

19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB