TOP 10

“Neftçi”yə “Səbail”dən daha bir zərbə

Futbol
Tarix: 2019-04-14 19:53

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 24-cü tura yekun vurulub. Sport24.az xəbər verir ki, son oyun günündə də iki görüş baş tutub.


Öncə “Keşlə” ilə “Qəbələ” üz-üzə gəlib. Bakıda qarşılaşan komandaların duelində meydan sahibləri sonuncu pillədən qurtulmağı, qonaqlar isə 3-cü sıradakı “Səbail”lə xal fərqini azaltmağı hədəfləmişdi. Üç qolun qeydə alındığı matçda qonaqlar qələbə qazanıblar.


Turun qapanış matçında isə çempionluq uğrunda mübarizə aparan “Neftçi” “Səbail”lə münasibətlərinə aydınlıq gətirib. Bir gün öncə “Qarabağ”ın qələbə qazandığını nəzərə alsaq, “ağ-qaralar” da turu 3 xalla başa vurmağa borclu idi. Əks halda, Ağdam təmsilçisi vahid liderə çevrilə bilərdi.

Qarşılaşmada hesabı "Neftçi" açıb. Amma matçın sonlarında iki qol vuran "Səbail" qonaq komandaya əsl şok yaşadıb. Düzdü, "Neftçi" son anda məğlubiyyətdən xilas ola bilib, lakin xal itkisindən yaxa qurtara bilməyib. Beləcə, əsas rəqibinin turu məğlubiyyətlə başa vurması "Qarabağ"ın turu vahid lider kimi başa vurmasıyla nəticələnib.


Azərbaycan Premyer Liqası
24-cü tur

14 aprel


“Keşlə” – “Qəbələ” 1:2
Qol: C.Kamara, 76 - C.Adeniyi, 46. D.Volkov, 64.
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Rövşən Rəcəbov.
“ASK Arena”, 15:00.

Keşlə: 30. Davud Kərimi, 4. Slavik Alxasov (k), 8. Seymur Əsədov, 9. Amil Yunanov, 93. Edvinas Girdvainis, 3. Denis Silva, 22. Nikola Mitroviç, 25. Con Kamara, 21. Angelo Pena, 65. Cabir Əmirli, 11. Vüsal İsgəndərli.
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 33. Tərlan Quliyev, 10. Ruslan Nəsirli, 17. Samir Məsimov, 23. Conatan Ayite, 14. Andre Klennon, 32. Valeri Kutsenko, 2. Sərtan Taşqın.
Baş məşqçi: Tərlan Əhmədov.
Qəbələ: 22. Dmitri Bezotosnı, 5. Rasim Ramaldanov, 34. Urfan Abbasov, 14. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 10. Rauf Əliyev, 17. Ceyms Adeniyi, 28. Stiven Monroz, 9. Davit Volkov, 27. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 35. Murad Popov, 18. İlqar Qurbanov, 11. Asif Məmmədov, 21. Atakora Lalavele, 88. Sabien Lilay, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 98. Rövlan Muradov, 33. Vüsal Məsimov, 77. Samir Qurbanov.
Baş məşqçi: Zaur Həşimov.


“Səbail” – “Neftçi” 2:2
Qol: Ə.Qarəhmədov, 81. A.Ramazanov, 85  - M.Abbasov, 50. M.Mbodj, 90+6.
Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Kamal Umudlu.
“Bayıl Arena”, 18:00.

Səbail: 1. Aleksandr Rıbka, 13. Şəhriyar Rəhimov, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 99. Jarjue Maudo, 27. Emil Martinov, 28. Kevin Kubemba, 21. Oke Akpoveta, 7. Fəhmin Muradbəyli.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 20. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 11. Ruslan Qurbanov, 33. Tome Kitanovski, 4. Enrike Perilyo, 9. İmanol İriberri, 6. Maykl Esyen, 18. Aqşin Qurbanlı, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.
Neftçi: 1. Səlahət Ağayev, 7. Namiq Ələsgərov, 22. Mirabdulla Abbasov, 25. Kiril Petrov (k), 6. Qoran Paratski, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 11. Vangelis Platellas, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 15. Ruslan Abışov, 21. Məhəmməd Mirzəbəyov, 18. Tural Axundov, 17. Rəhman Hacıyev, 93. Soni Mustivar, 16. Canluka Sansone, 4. Petru Raku, 33. Turan Vəlizadə, 70. Əli Şirinov.
Baş məşqçi: Roberto Bordin.

21 May 2019
20 May 2019
B.eÇ.aÇC.aCŞB