TOP 10

“Barselona” xal itirdi, “Sevilya” və “Atletiko” qalib gəldi

Dünya Futbolu
Tarix: 2019-04-14 00:57

Futbol üzrə İspaniya La Liqasında 32-ci tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.

 

Turun açılış oyununda “Espanyol” öz meydanında “Alaves”i qəbul edib və çətin qələbəyə sevinib. “Barselona” “Hueska” ilə səfər oyunundan xal itkisi ilə ayrılıb. “Atletiko” isə “Selta”nı sınağa çəkib. Madrid klubu bu oyunda inamlı qələbə qazanıb.

 

Turun maraqla gözlənilən qarşılaşmasında iki Əndəlüs təmsilçisi üz-üzə gəlib. “Sevilya” doğma azarkeşləri qarşısında “Betis”i qəbul edib. Beş qolun qeydə alındığı matçda sevinən tərəf meydan sahibləri olub.

 

İspaniya La Liqası
32-ci tur

13 aprel

 

Espanyol – Alaves 2:1
Qol: Pedrosa, 19. Laquardia, 47-öz qapısına – Kalyeri, 56.

 

Hueska – Barselona 0:0

 

Atletiko – Selta 2:0
Qol: Qrizmann, 42. Morata, 74.

 

Sevilya – Betis 3:2
Qol: El Haddadi, 26. Sarabia, 59. Vaskes, 64 – Lo Çelso, 55. Telyo, 82.

 

14 aprel

 

14:00 Valyadolid – Xetafe
16:00 Atletik – Rayo Valyekano
18:15 Real Sosyedad – Eybar
20:30 Jirona – Vilyarreal
22:45 Valensiya – Levante

 

15 aprel

 

23:00 Leqanes – Real

21 May 2019
20 May 2019
B.eÇ.aÇC.aCŞB