TOP 10

"Kobra" İstanbulda nokdaunla qalib gəldi

Digər
Tarix: 2019-04-14 09:00

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirib. Sport24.az xəbər verir ki, "Kobra" ləqəbli idmançımız Türkiyənin İstanbul şəhərində təşkil olunan “Vendetta Fight” turniri çərçivəsində rinqə çıxıb.

 

77 kq çəki dərəcəsində çıxış edən Abdullayev “Ülker Spor Arena”sında qüvvəsini sınayıb. O, albaniyalı Şkodran Veselı ilə üz-üzə gəlib. İlk raunddan təşəbbüsü ələ alan Pərviz rəqibinə güclü zərbələr endirib. Üç raundluq döyüşün son hissəsində kikboksçumuzun hücumları qarşısıalınmaz olub. Belə zərbələrdən birindən sonra nokdauna düşən albaniyalı döyüşü davam etdirə bilməyib. Beləliklə, Pərviz İstanbuldakı döyüşdə növbəti qələbəsini qazanıb.

23 Iyul 2019
B.eÇ.aÇC.aCŞB