TOP 10

“Yuventus” uduzdu, “Milan”la “Roma” tək qolla sevindi

Dünya Futbolu
Tarix: 2019-04-14 00:35

Futbol üzrə İtaliya A Seriyasında 32-ci tura start verilib. Sportlife.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. 


Lider “Yuventus” səfərdə SPAL-la qarşılaşıb. Turin klubu bu oyunda məğlubiyyətlə üzləşib və çempionluğu ən azı növbəti tura qədər təxirə salmalı olub. 


“Roma” öz meydanında “Udineze”ni sınağa çəkib. Paytaxt klubu bu görüşdən minimal hesabla qalib ayrılıb.


Turun mərkəzi görüşü Milan şəhərində keçirilib. “Milan” doğma azarkeşləri qarşısında “Latsio”nu qəbul edib və minimal hesabla qələbə qazanıb.


İtaliya A Seriyası
32-ci tur

13 aprel


SPAL – Yuventus 2:1
Qol: Bonifazi, 49. Flokkari, 74 – M.Ken, 30.


Roma – Udineze 1:0
Qol: Dzeko, 67.


Milan – Latsio 1:0
Qol: Kessye, 79-pen.


14 aprel


14:30 Torino – Kalyari
17:00 Fiorentina – Bolonya
17:00 Sampdoriya – Cenoa
17:00 Sassuolo – Parma
20:00 Kyevo – Napoli
22:30 Frozinone – İnter


15 aprel


22:30 Atalanta – Empoli

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB