TOP 10

"Qarabağ" - "Sabah" matçında autizmli uşaqlara dəstək - FOTO

Futbol
Tarix: 2019-04-13 18:39

Azərbaycan Premyer Liqasının XXIV turunda "Qarabağ" və "Sabah"ın futbolçuları meydana uşaqlarla çıxıblar. Sport24.az xəbər verir ki, bunlar autizm sindromundan əziyyət çəkən - "Autizmlilərin İdman Klubu"nun üzvləri olub.

 

Uşaqlar adıçəkilən komandaların ehtiyat formalarını geyiniblər. Meydanda olan pankartda isə "Autizmin fərqindəyik - onların yanındayıq" yazılıb.

 

Qeyd edək ki, "Qarabağ"ın bundan əvvəl də ev matçlarında autizmli uşaqlarla bağlı belə dəstək kompaniyası olub. 

19 May 2019
B.eÇ.aÇC.aCŞB