TOP 10

Baş katib əvvəlcə Gəncəyə, sonra Tovuza səfər edib

Futbol
Tarix: 2019-04-13 17:49

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov  Qərb bölgəsinə səfər edib. Sport24.az xəbər verir ki, assosiasiya rəsmisi əvvəlcə Gəncəyə, ardınca isə Tovuza baş çəkib.

 

Məmmədov Gəncədə Mini Futbol Liqasının təşkil etdiyi turnirin açılış mərasiminə qatılıb. Ardınca isə “Nizami yurdu”nda süni örtüklü meydançanın inşası ilə tanış olub, şəhər icra hakimiyyətinin rəhbərliyi ilə bölgədə futbolun inkişafı ilə bağlı fikir mübadiləsi aparıb.

 

Bundan sonra baş katib Tovuza səfər edib. Burda o, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən yaradılacaq futbol akademiyasının salınması yönündə görülən işlərlə Tovuz Şəhər İcra Hakimiyyətinin nümayəndələri birlikdə tanış olub.

21 May 2019
20 May 2019
B.eÇ.aÇC.aCŞB