TOP 10

Erməni məşqçi azərbaycanlı futbolçunu təriflədi və "şeytan" adlandırdı: "Ona demək istərdim ki, axmaq olma, kişi üçün ən vacibi..."

Dünya Futbolu
Tarix: 2019-04-13 16:18

“Ayaz unikal futbolçu, əsl şeytandır. Rusiyada heç kim meydanın kiçik hissəsində topla onun kimi davrana bilmir". Sport24.az xəbər verir ki, bu fikirləri Rusiyanın “Anji” klubunun baş məşqçisi Aleksandr Qriqoryan deyib.

 

Erməni mütəxəssis vaxtilə Mahaçqala təmsilçisində rəhbərliyi alında çıxı edən azərbaycanlı futbolçu Ayaz Quliyevin aprelin 10-da Moskvada amerikalı turistin burnunu sındırmasına münasibət bildirib: "Quliyev cəld, sürətli və son dərəcə emosionaldır.  Hərdən məşqdə oyunu yaxşı alınmayanda topu qüvvətli zərbə ilə auta vururdu. Amma səhv olduğunu başa düşəndə emosiyalarını tez cilovlayırdı. Çox futbolçu ilə işləmişəm. Mənə görə, Ayaz təmiz qəlbli, özündən böyüklərə qarşı son dərəcə diqqətli olan yaxşı insandı. Özündən razılığı və ulduz xəstəliyi yoxdur, amma çox dindardı. Fikrimcə, son hadisə də onun emosionallığının nəticəsidir. Quliyeə səbrli olmağı məsləhət görərdim. Hisslərini idarə etməyi bacarsa, yüksək səviyyəli futbolçu olacaq. Şəxsən ona demək istərdim ki, “Ayaz, axmaq olma, kişi üçün ən vacibi öz istedadını göstərməkdir. Quliyev gələcəkdə Avropa səviyyəli dayaq yarımmüdafiəçisi ola bilər”.
 

Qriqoryan qaydasız döyüş üzrə son dünya çempionu olan Həbib Nurməhəmmədovun “Anji”də çıxış edən bütün futbolçulara ciddi təsir göstərdiyini vurğulayıb: “O, təkcə Ayaza deyil,”Anji”nin bütün futbolçularına güclü təsir edib. Açığı, Həbiblə görüş uzun çəkmədi. Qarşımızda gənc olmasına baxmayaraq, güclü və müdrik insan oturmuşdu. Onun təsiri altına düşməmək çətin idi. Ancaq Ayaz Həbibin saç düzümünə keçəndə artıq mənimlə işləmirdi”.
 

Qeyd edək ki, Ayazın hazırkı klubu olan Moskva "Spartak"ı baş verən insidentə görə onu cəzalandırıb. Əvəzedici komandaya göndərilən 21 yaşlı yarımmüdafiəçi 5 milyon rubl məbləğində cərimələnib. 

19 May 2019
B.eÇ.aÇC.aCŞB