TOP 10

Binnətli, Əfsərli, Məmmədli və duet

Futbol
Tarix: 2019-04-13 11:34

"CBC Sport"un Premyer Liqamızın XXIV turuna şərhçi təyinatları məlumdu. Sport24.az xəbər verir ki, bu gün "Zirə" - "Sumqayıt" matçını Rövşən Binnətli şərh edəcək. Zirə Olimpiya Kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq. Bundan 2,5 saat sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sabah" görüşünün şərhçisi Rüstəm Əfsərli olacaq. 

 

Sabah saat 15:00-da "ASK Arena"da keçiriləcək "Keşlə" - "Qəbələ" qarşılaşmasını Ürfan Məmmədlinin şərhdində izləyəcəyik. Nəhayət, tura saat 18:00-da "Bayıl Arena"da yekun vuracaq "Səbail" - "Neftçi" oyununda şərhçi dueti - Pərviz Musayevlə Ramil Cahangirov iş başında olacaq. 

CBCsport
15 Dekabr 2019
14 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB