TOP 10

Şeydayev kosmonavt dizaynlı forma ilə oyuna çıxacaq - FOTO

Futbol
Tarix: 2019-04-12 19:00

Rusiyanın “Krylya Sovetov” klubu “Rubin”lə Premyer Liqadakı bugünkü görüşə meydana kosmonavt dizaynlı forma ilə çıxacaq. Sport24.az xəbər verir ki, millimizin futbolçusu Ramil Şeydayev də Samara təmsilçisinin futbolçusu olaraq, bu forma ilə mübarizə aparacaq.

 

Buna səbəb Rusiyada bu gün 12 aprel kosmonavtika gününün qeyd olunmasıdır. Bakı vaxtilə saat 19:30-da başlayacaq matçda komandanın start heyətini Dima adlı robot elan edəcək. Meydan sahibləri görüşdə gümüşü, qonaqlar isə ağ formada olacaqlar.  

 

Qeyd edək ki, "Krılya Sovetov"da digər soyadışımız - Rusiya millisinin sabiq futbolçusu Aleksandr Səmədov da çıxış edir. 

 

19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB