TOP 10

"Spartak" Ayaz Quliyevi 5 milyon cərimələdi və ...qovdu

Futbol
Tarix: 2019-04-12 18:00

Moskva “Spartak”ı əslən azərbaycanlı olan futbolçusu Ayaz Quliyevi ağır cəzalandırıb. Sport24.az xəbər verir ki, Rusiyanın ən titullu klubu gənc yarımmüdafiıçini məşqinə gədərkən piyadanı vurmasına görə 5 milyon rubl məbləğində cərimələyib. Quliyevin aylıq maaşının 6 milyon rubl olduğunu nəzərə alsaq, böyük cərimədi. 

 

Bununla yanaşı, əsas komandadan uzaqlaşdırılan Ayaz əvəzedici heyətlə yalnız məşq keçə biləcək. Çünki onun əvəzedicilərin oyununda iştirakına da qadağa qoyulub. 

 

Qeyd edək ki, Ayaz dünən “Mersedes”i ilə Moskva küçələrinin birində gedərkən svetoforun qırmızı işığına məhəl qoymayıb. Yolu qarşı tərəfə keçən piyada ilə az qala toqquşma dərəcəsinə gələn həmyerlimiz avtomobildən düşərək, zərbə ilə amerikalı turistin burnunu qırıb.

19 May 2019
B.eÇ.aÇC.aCŞB