TOP 10

"Tale Heydərov ən çətin vaxtımda mənə dəstək olub və öz işimi görməyə imkan yaradıb"

Boks
Tarix: 2019-04-12 09:00

“Qəbələ" İdman Klubunun (İK) boks bölməsinin rəhbəri Fariz Məmmədov Tale Heydərovun istefasına münasibət bildirib. Sport24.az xəbər verir ki, tanınmış idmançı şəxsi "Facebook" səhifəsində Heydərovun kluba qazandırdığı uğurlardan yazıb.

 

Peşəkar boksçular arasında dünya və Avropa çempionu olan Məmmədov sabiq prezidentin vətənpərvərliyindən, ölkə idmanı üçün etdiklərindən söz açıb, bu şəxsin onun karyerasında da böyük rol oynadığını qeyd edib: "Çoxları artıq bilir ki, Tale Heydərov aprelin 10-da istefa verdi. O, 2005-ci ildən "Qəbələ" futbol klubunun, 2013-cü ildən isə onun bazasında yaradılmış idman klubunun prezidenti idi. Klubda futbolla yanaşı, cüdo, boks, MMA, karate, sərbəst, yunan-roma güləşi, taekvondo, kikboksinq, qol güləşi və atıcılıq kimi digər idman bölmələri də fəaliyyət göstərir. "Qəbələ" ölkənin ən böyük idman klubudur. Cəmiyyətin reaksiyası özü hər şeydən xəbər verir. O, "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfovla birlikdə kluba uğur qazandırıb. Bu, çox vacib və nadir görülən hadisədir ki, rəhbərlik klubu vətənpərvərlik hissləri və ölkəsi üçün nəsə etmək istəyi ilə idarə edir, yalnız özünü düşünmür".

 

Məmmədov "Qəbələ" İK-nın şəxsən onun şəxsi karyerasında böyük rol oynadığını yazıb: "Ən çətin vaxtımda mənə dəstək olub və öz işimi görməyə imkan yaradıb. Həmçinin idmançılarımız dünya və olimpiya yarışlarında mükafatçılar sırasına düşüb, Azərbaycan bayrağını ucaldıblar. Hesab edirəm ki, yaxşı təşkilatlanmış qurum özü yaxşı əməkdaşlar yetişdirir, özü onları yönləndirir. Tale Heydərov da məhz belə insanlardandır. O, hər zaman idmançılara dəstək olub, bir rəhbərin edə biləcəyindən daha çoxunu edib. Onun yerində kimisə təsəvvür etmək çətindir. Tale Heydərov qarşısına yüksək hədəflər qoymuş əsl vətənpərvərdir. Son olaraq, bir cümlə ilə "Qəbələ" İK-nın prezidentinin işini xarakterizə etmək istəyirəm: "İnsanları arxanca aparmaq istəyirsənsə, onların önündə get".

25 May 2019
24 May 2019
B.eÇ.aÇC.aCŞB