TOP 10

“Vacib olan səhvlərimizi düzəltməkdi”

Futzal
Tarix: 2019-04-12 09:18

Futzal üzrə Azərbaycan milli komandasının üzvü Ramiz Çovdarov Latviya yığmasına qarşı keçirdikləri yoxlama oyunundan (3:1) sonra federasiyanın rəsmi saytına müsahibə verib. Sport24.az həmin müsahibəni təqdim edir:


- Latviya ilə oyun haqda nə düşünürsən?
- Oyuna yaxşı başlamışdıq. Öz səhvimiz üzündən qapımızda qol gördük. Rəqib bizi hansısa təzyiq altında saxlamaqla, ardıcıl hücumlar qurmaqla fərqlənmədi. Sadəcə, biz müdafiədə ötürmə zamanı səhv etdik, onlar da bunu qola çevirdilər. Tez toparlandıq və fasiləyə qədər hesabı bərabərləşdirdik. İkinci hissədə isə qələbə toplarını vurduq.


- Fasilədən sonra əks-hücumda oynamağınız yorğunluqla bağlı idi?
- Səbəblər çox idi. Meydana uyğunlaşmamışdıq, xeyli vaxt idi bir yerdə çıxış etmirdik, heyətə yeni oyunçu qoşulmuşdu, -bunlar hamısı təsir edən amillərdi və xüsusilə ikinci hissədə təsirini göstərdi. İstənilən halda yoldaşlıq oyunu məhz bu cür çatışmazlıqları görməyə və aradan qaldırmağa xidmət edir.


- Bu rəqiblə yenə qarşılaşacaqsız. Onları daha yaxından tanıdığınızı demək olarmı?
- Bu amil hər iki komandaya aiddi. Biz onları, onlar da bizi əyani tanıdılar. Vacib olan səhvlərimizi düzəltməkdi ki, bunun üçün də çalışacağıq.


- Aprelin 15-də və 16-da isə Serbiya ilə üz-üzə gələcəksiz. Onlar da yoldaşlıq oyununda Braziliya kimi güclü komandanı udublar.
- Serbiya Latviyadan 2-3 dəfə güclüdür. Həmin oyunun nəticəsi barədə məlumatımız var. Hər oyunun öz xarakteristikası olur. İndi Latviya ilə ikinci oyunu düşünürük. Belqrada gedəndə Serbiyanı analiz edəcəyik.


- Baş məşqçi Serbiyanın Braziliyanı məğlub etməsindən sonra sizə rəqiblə bağlı hansısa tapşırıq veribmi?
- Serblərlə oyunlar haqda danışmaq tezdi. Alesio da heç nə deməyib. Çünki onlarla oyuna qədər Latviya ilə görüş var. Bu dueldən sonra növbəti rəqibi incələməyə başlayacağıq. Latviya ilə ikinci matçdan da qalib ayrılmaq istəyirik.


- Hazırkı milli rəsmi oyunlara nə qədər hazırdı?
- Rəsmi oyunlara hazırlaşmaq üçün vaxtımız olacaq. Dediyim kimi, xeyli vaxtı bir yerdə oynamırdıq. Bura gələndə də toplanış keçirmədik. Ancaq rəsmi oyuna qədər toplanışlarımız olacaq, Həmçinin, Rusiyada təşkil ediləcək turnirə qatılacağıq.


- Öz oyununda çatışmazlıq hiss etdinmi?
- Az da olsa, anlaşılmazlıq var idi. Yayda “Araz”dan ayrıldığıma və başqa kluba keçdiyimə görə hazırkı məşqçinin tapşırıqlarını yerinə yetirərkən çətinlik çəkirdim. Amma bu aradan qaldırılacaq çətinlikdi.

11 Noyabr 2019
10 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB