TOP 10

Qriqorçukun Azərbaycandakı həsrəti Qazaxıstanda da davam edir

Futbol
Tarix: 2019-04-10 20:16

"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk Qazaxıstan Kubokunda uğursuzluğa düçar olub. Sport24.az xəbər verir ki, ukraynalı mütəxəssisin 10 aydı çalışdırdığı "Astana" 1/8 finalda mübarizəni dayandırıb. 

 

Paytaxt təmsilçisi I liqa təmsilçisi "Altay"a yenilib. Əsas və əlavə vaxtda hesab 1:1 olduğundan, qalibi müəyyənləşdirmək üçün oyunsonrası penaltilər təyin olunub. Bu seriya isə çox uzun çəkib. "Astana" 14:15 hesabıyla uduzaraq kubokdan kənarda qalıb. 

 

Astanalılar son 5 mövsümün çempionu olaraq ölkəsinin bu göstəricidə rekordçusu olsa da, kuboku son dəfə 2016-cı ildə qazanıb. Bundan sonrakı 2 ildə isə mübarizəni indikindən də erkən - 1/16 finalda dayandırıb.

 

Qeyd edək ki, Qriqorçuk "Qəbələ"də işlədiyi 3,5 ildə 4 dəfə Azərbaycan Kubokuna qatılıb. Bu mövsümlər arasında ən yaxşı göstəricisi 2 dəfə - 2017 və 2018-ci illərdə finala çıxmaq olsa da, hər ikisində uduzub - "Qarabağ"a Naxçıvanda 0:2, "Keşlə"yə Qəbələdə 0:1. Roman İosifoviç "Qəbələ"ylə yollarını məhz doğma meydandakı həmin uğursuz finaldan dərhal sonra istefa verib.  

21 May 2019
20 May 2019
B.eÇ.aÇC.aCŞB