TOP 10

Karlssen 4-cü dəfə “Shamkir Chess”in qalibi oldu

Şahmat
Tarix: 2019-04-08 20:18

Şəmkirdə azərbaycanlı qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş “Shamkir Chess” şahmat turunin qalibi müəyyənləşib. Sport24.az xəbər verir ki, hazırkı dünya çempionu norveçli Maqnus Karlssen sona bir tur qalmış rəqibləri üçün əlçatmaz olub.

 

O, bu gün keçirilən VIII turda ən yaxın izləyicisi olan Rusiya təmsilçisi Sergey Karyakini məğlub edərək xallarının sayını 6-a yüksəldib. Təmsilçilərimizdən Şəhriyar Məmmədyarov autsayder Aniş Giri, Teymur Rəcəbov isə Vişvanatan Anandla xalı yarı bölüb.

 

Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə də yarışın qalibi Karlssen olub. 2016-cı və 2017-ci illərdə isə Məmmədyarov birinci yeri tutub. 
 

 

Teymur Rəcəbov (Azərbaycan) - Vişvanatan Anand (Hindistan) - 0,5:0,5

Aniş Giri (Hollandiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5

Veselin Topalov (Bolqarıstan) - Liren Dinq (Çin)

Sergey Karyakin (Rusiya) - Maqnus Karlssen (Norveç) - 0:1

Alekandr Qrişuk (Rusiya) - David Navara (Çexiya) - 1:0

 

Turnir cədvəli: 1. Maqnus Karlsen - 6; Sergey Karyakin,  Aleksandr Qrişuk - 4,5; Vişvanatan Anand, Teymur Rəcəbov - 4, David Navara, Veselin Topalov, Liren Dinq - 3,5, Şəhriyar Məmmədyarov - 3, 10. Aniş Giri.

 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB