TOP 10

Zaur Axundov: "Çox sevindirici haldır ki, ölkədə bu cür futzal məktəbi ilk dəfə Sumqayıtda açılır"

Futzal
Tarix: 2019-04-08 11:14

"Sumqayıt" Futzal Məktəbinin açılışında iştirak edən Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov tədbirlə bağlı fikirlərini bildirib. Sport24.az xəbər verir ki, qurum rəhbəri Sumqayıt şəhərində yeni futzal məktəbinin açılması çox əlamətdar hadisə olduğunu bildirib: "Sumqayıt" Futbol Klubunun rəhbərliyinin bu addımının futzala yeni nəfəs gətirəcəyinə əminəm. Bu məktəbin açılışı ilə şəhər gənclərində futzala marağın daha da artacağına inanıram. Hazırda milli komandada da bir neçə sumqayıtlı futzalçı çıxış edir. Çox sevindirici haldır ki, ölkədə bu cür futzal məktəbi ilk dəfə Sumqayıtda açılır. Ümidvaram ki, bu gün burada açılışını etdiyimiz məktəbin yetirmələrinin sorağı yüksəklərdən gələcək".

 

20 Iyul 2019
19 Iyul 2019
B.eÇ.aÇC.aCŞB