TOP 10

Azərbaycan cüdoçusu Antalyada çempion oldu

Cüdo
Tarix: 2019-04-08 10:00

Antalyada keçirilən cüdo üzrə qran pri yarışı başa çatıb. Sport24.az xəbər verir ki, beynəlxalq turnirin son günü Azərbaycan cüdoçuları daha 2 medal qazanıblar. 


Qadınların yarışında ölkəmizi təmsil edən İrina Kindzerska (+78 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. İrina Antalyada Monqolustan, İsrail, Rusiya və Braziliya cüdoçularını məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cüdoçumuzun mükafatlandırma mərasimində Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov iştirak edib. 


Kişi cüdoçular arasında mübarizə aparan Elmar Qasımov (-100 kq) yalnız bir görüşdə uduzaraq bürünc medala layiq görülüb. Elmar 3-cü yer uğrunda qarşılaşmada Misir idmançısı Ramazan Dərvişə qalib gəlib. 


Beləliklə Azərbaycan cüdoçuları Türkiyədə baş tutan nüfuzlu yarışı 4 medalla (1 qızıl, 1 gümüş və 2 bürünc) başa vurublar. 


Xatırladaq ki, əvvəlki yarış günlərində Rüstəm Orucov gümüş, Gültac Məmmədəliyeva bürünc medal qazanıb.

25 Avqust 2019
24 Avqust 2019
B.eÇ.aÇC.aCŞB