TOP 10

Azərbaycanlı cüdoçudan İtaliyada qızıl medal

Cüdo
Tarix: 2019-04-07 12:26

İtaliyanın Liqnano şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı keçirilir. Sport24.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarışda 35 ölkənin idmançıları ilə yanaşı, Azərbaycan cüdoçuları da mübarizə aparırlar.

İlk gündə Azərbaycanın millisi hesabına bir medal yazdırıb. 60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Əhməd Yusifov Böyük Britaniya, Rumıniya, Rusiya və İtaliya təmsilçilərinə qalib gələrək, finala çıxıb. O, həlledici qarşılaşmada italyan rəqibi Alessandro Aramunu məğlub edərək, Avropa kubokunda 1-ci yeri tutub.

 

604 cüdoçunun mübarizə apardığı beynəlxalq yarış aprelin 7-də başa çatacaq.

24 Avqust 2019
B.eÇ.aÇC.aCŞB